Sui-zənnin 2 mərhələsi
Mьəllif: admin1
Tarix: 27-05-2018, 22:49
Sui-zənnin 2 mərhələsi
O kəslər ki, səbəb olmadan başqalarına bədgümanlıq edər və möminə töhmət vurar gərək bilsin ki, böyük günaha düçar olmuşlar. Ona görə də bu günahına görə tövbə etməli və töhmət vurduğu şəxsdən halallıq almalıdır.

Sui-zənn və bədgümanlıq həm fərdə və həm də cəmiyyətə ziyan vurar. Ona görə də İslam dini bu mövzuya xüsusi əhəmiyyət verir. İman əhlini ondan çəkindirir.

Başqalarına bədgümanlıq bəsləmək – bir çox başqa günahlar üçün yol açar. O cümlədən: töhmət vurmaq, eybini axtarmaq, qeybət etmək, həsəd aparmaq, kin bəsləmək kimi.

Allah Təala Quranda buyurur: “Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin”. (“Hucurat” 12).

Sui-zənn ola bilər ki, ilk əvvəl təbii halda hasil olsun. Əgər bu mərhələdə qalarsa və əməl mərhələsinə daxil olmazsa, haram olmaz. Ziyanı da az olar. Lakin əgər əməl mərhələsinə keçərsə, haramdır və günahdır. Sui-zənn iki mərhələdə əmələ keçər:

1. Qəlb mərhələsi. Yəni, ürəyində bu pis gümanı təsdiq edər, onu inkar etməz. İslam alimləri bu mərhələni qəlbin qeybəti adlandırırlar və onu haram hesab edirlər. Peyğəmbər (s) buyurur: “Hər kimə bədgüman olsan, onu təsdiq etmə və inanma”.

2. Bu sui-zənni başqalarına söyləmək və onun qeybətini etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Allah müsəlmanın qanını, malını və abrını möhtərəm hesab edir və ona bədgümanlıq etməyi haram bilir”.

İmam Əli (ə) buyurur: “O kəsin ki, insanlara yaxşı gümanı olmaz, bütün insanlardan dəhşət edərlər”.

Bədgümanlıq səbəb olar ki, dostluq və ülfət bağları qırılsın və insanların arasına təfriqə düşsün. İmam Əli (ə) buyurur: “Hər kimə bədgümanlıq hakim olar, onunla dostları arasındakı sülh və səfa aradan gedər”.

Bədgümanlıq ibadəti məhv edər. Bu haqda İmam Əli (ə) buyurur: “Bədgümanlıqdan çəkin. Çünki ibadətin təsirini aradan aparar. İnsanın günahını böyüdər. İman bədgümanlıqla cəm olmaz. Yaxşı əməl sahibinə bədgüman olmaq – ən pis günah və ən çirkin zülmdür”.

Amma insan da çalışmalıdır elə rəftar etsin ki, başqalarının ona bədgümanlıq bəsləməsi üçün şərait yaratmasın. Və hər kim ki, töhmətlərə məruz qalar, bilməlidir ki, əsl vəzifəsi – Allahı razı salmaqdır. Lakin o kəs ki, insanların razılığı onun üçün daha önəmlidir, mükafatı da insanların öhdəsinə qoyular.

Ona görə də insan gərək çox da nigaran olmasın və başqalarının dediyi sözə görə özünə əziyyət verməsin. Gərək Allaha təvəkkül etsin və İlahi rəhmətin intizarında olsun.

Lakin o kəslər ki, səbəb olmadan başqalarına bədgümanlıq bəsləyərlər – bilməlidir ki, böyük günaha düçar olmuşlar. Başqlarına töhmət vurmaq kəbirə günahlardan hesab edilir. İnsanın axirətini məhv edər və ona ağrılı əzab gətirər.

İmam Sadiq (ə) buyuurr: “Hər kim mömin qardaşına töhmət vurar, necə ki, duz suda həll olar, onun imanı ürəyindən gedər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930