Həyati çətinliklərinizə örnək olacaq məşhur dəmirçi əhvalatı
Mьəllif: admin1
Tarix: 26-05-2018, 19:31
Həyati çətinliklərinizə örnək olacaq məşhur dəmirçi əhvalatı
Baş verən hər bir hadisədə, deyilən hər bir kəlmədə hər bir kəs üçün bir ibrət mesajı vardır. Fərq etməz bu hadisədə xoş təəssüratlı olsu, yaxud özündə hər bir hansı fəlakəti əks etdirsin. Bütün hadisələrdə ona ağıl gözü ilə baxanlar üçün ibrət vardır.

Belə bir hadisə nəql olunur:

Dəmirçi uzun illər cavanlıq edib gəzib-tozduqdan sonra bir gün özünə gəlir. Yaşayışının doğru olmadığını anlayıb tövbə edərək hər şeyi bir kənara qoyub Allahın yoluna qədəm qoyur. Amma bundan sonra da həyatı rahatlaşmır, əksinə problemləri, sıxıntıları günü gündən artmağa başlayır.

Bir gün dostu onun emalatxanasına gəlib deyir:

-"Vallah, səni süstləşdirmək və tutduğun bu yoldan çəkindirmək istəmirəm. Amma Allah yoluna qədəm qoyduqdan sonra lap pis sıxıntılara düşmüsən ki?!"

Dəmirçi bir söz deyə bilmədi. Bir neçə saniyə sükut etdikdən sonra o sanki istədiyi cavabı tapdı və belə dedi:

-"Bilirsən, mənim yanıma xam polad gətirirlər, mənsə onlardan qılınc düzəldirəm. Əvvəl onları cəhənnəm kimi isti kürənin içərisinə salır közərənə kimi qızdırıram. Sonra ən ağır çəkicimi götürərək onu istədiyim şəkilə salmaq üçün döyəcləməyə başlayıram. Sonra bu qızarmış poladı soyuq suya salıram. Bəzən sanki poladın istidən soyuğa düşdüyü üçün necə sızıldadığını, nalə çəkdiyini eşidirəm

Bəzən görürəm ki, bəzi poladlar bu əziyyətlərə dözmür və üzərlərində çatlar əmələ gəlir. Artıq bu poladlar gərəksiz olduqlarına və işə yaramayacaqlarına görə onları kənara atıram.

Bəli, Allah bəzən məni "istiyə" salır və bəzən də möhkəm "döyəcləyir". Bəzən də həmin soyuq suya batırılan polad kimi nalə çəkirəm. Amma Allahdan təkcə istədiyim budur:

-Allahım, istədiyin şəklə düşməyincə məndən əl götürmə. Məni istədiyin formaya salmaq üçün bəyəndiyin hər bir üsuldan istifadə et, nə qədər zaman lazımdırsa, məni döyəclə. Ancaq nə olar, məni gərəksiz polad kimi kənara atma!"


(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031