Böyük alim, ona hörmətsizlik edən həyat yoldaşını niyə cəzalandırmırdı?
Mьəllif: admin1
Tarix: 26-05-2018, 19:28
Böyük alim, ona hörmətsizlik edən həyat yoldaşını niyə cəzalandırmırdı?
Mərhum Şeyx Kaşifül-Ğita Əhli-Beyt (ə) məktəbinin böyük fəqihlərindən olmuşdur.

İslam dininin böyük alimləri onun dilindən deyərdilər: “Əgər Əhli-beytin (ə) bütün fiqh kitablarını çaya atsalar və o da dənizə gedərsə və Əhli-Beyt (ə) davamçısının əlində bir vərəq belə fiqh kitabı olmazsa, əvvəlki fiqhdən tutmuş axırıncısına qədər mənim sinəmdədir. Hamısını bayıra çıxardaram ki, onları yazsınlar”.

Bu alim həm də mərcəyi-təqlidlərdən olmuşdur. Böyük alimlər eşitmişdilər ki, onun həyat yoldaşı evdə özünü yaxşı aparmır və ərinə hörmət etmir. Ona görə də böyük alimlərdən beş nəfəri yığışıb onun evinə gedirlər.

Alimə deyirlər: “Biz elə bir şey eşitmişik ki, gərək sizdən soruşaq. Həyat yoldaşınız bəzən sizə hörmətsizlik edirmi?”.

Buyurdu: “O, ərəbdir. Qüdrəti vardır və bəzən əsəbiləşən zaman mənə hörmətsizlik edir. Mən isə onun qarşısını almıram”.

Deyirlər: “Əgər belədirsə, ona təlaq verin”.

Alim deyir: “Xeyr, vermərəm”.

Deyirlər: “Onda icazə verin biz həyat yoldaşlarımızı göndərək ki, ona ədəb qaydasını öyrətsinlər”.

Deyir: “Yox, buna da icazə vermirəm”.

Deyirlər: Nə üçün?

Deyir: “Bu qadın – mənim evimdə olan Allahın böyük nemətidir. O zaman ki, bayıra çıxıram və Əmirəl-mömininin (ə) hərəmində dayanıram və mənim arxamda namaz qılırlar, bəzən buna görə bir qədər özümlə qürrələnirəm.

O ki, gəlirəm evə və hörmətsizliklə rastlaşıram – həmin lovğalığım aradan gedir.

Bu, İlahi çubuqdur və gərək həmişə mənim başımın üstündə olsun”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930