Allah Təala hansı bəndəsini mələklərin yanında tərifləyir?
Mьəllif: admin1
Tarix: 26-05-2018, 19:25
Allah Təala hansı bəndəsini mələklərin yanında tərifləyir?
Müqəddəs dinimiz cavanlara xüsusi əhəmiyyət və dəyər verən bir təlimdir. İslamın nəzərinə görə, insanın ruhi kamala çatması cavanlıq dövründə daha rahatdır.

Peyğəmbərimiz (s) buyurur: “Allah Təala ibadət edən cavana görə Öz mələkləri yanında fəxr edir və buyurur: “Bəndəmə nəzər salın. Mənə görə nəfsi istəklərini kənara qoymuşdur””.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən, Allah yanında ən sevimli insan – az yaşlı və xoş simalı cavandır ki, böyük Allahın itaət yolunda qərar tutmuşdur. Böyük Allah mələkləri yanında onunla fəxr edir və buyurur ki, bu, Mənim həqiqi bəndəmdir”.

İmam Sadiq (ə) cavanlara xitab edərək buyurur: “Ey cavanlar! Təqvalı olun və hakimlərin yanına getməyin. Hakimlikdən düşənə qədər onları boş buraxın. İnsanları Allahın yerinə dost seçməyin. Allaha and olsun ki, mən sizin üçün onlardan daha yaxşıyam”.

Bu nurani kəlamında Həzrət (ə) cavanlara dörd tövsiyə verir:

1. Təqvalı olun.

2. Hakimlərin və məqam sahiblərinin ardınca olmayın.

3. Şəxsiyyətsizlik göstərməyin.

4. Bizi (Əhli-Beyti (ə)) həyatınızdan kənara buraxmayın ki, hər cəhətdən sizin mənfəətinizi təmin edərik.

İmam Sadiq (ə) öz xütbələrində tez-tez Loğmandan misallar çəkər və oğluna verdiyi nəsihətlərə işarə edərdi.

Belə ki, Həzrət Sadiq (ə) buyurur: “Loğman oğluna deyir: “Oğlum, pis əxlaqdan və səbirsiz olmaqdan çəkin, çünki bu sifətlərlə dostluq möhkəm qalmaz. İşlərində təmkini və vüqarı qoru. Özünü qardaşlarına xidmət üçün vadar et. Bütün insanlarla əxlaqını gözəl et!””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930