Bizim xeyir və ziyanımızı, bizi Yaradandan daha yaxşı kim bilə bilər?!
Mьəllif: admin1
Tarix: 13-05-2021, 19:43
Bizim xeyir və ziyanımızı, bizi Yaradandan daha yaxşı kim bilə bilər?!
“Və kim yaxşı əməl sahibi olub, özünü Allaha təslim edərsə, şübhəsiz, möhkəm bir dəstəkdən yapışmış olur. Bütün işlərin aqibəti Allaha tərəfdir. (İnsanın əməlləri mükafat və cəza baxımından Allahın dərgahına qayıdar)”. (“Loğman” 22).

İnsan fitri olaraq daima Allah axtarışında olmuşdur. Ona görə də ibtidai dövrdən indiyə qədər bu axtarışı bəzən doğru və bəzən də yanlış yollara getmişdir.

Quran bizə yolunu azan çox sayda qəbilələrin əhvalatlarını danışmış və onların aqibətlərindən xəbər vermişdir. Bu yolla insanın həqiqi yolunu nişan vermiş və onu bu yolda tək qoymamışdır.

Allah – rəhim və mehribandır, insana hətta öz anasından da belə, daha şəfqətlidir. Öz peyğəmbərlərini (ə) yer üzərinə göndərərək, bu həqiqəti dəfələrlə təsdiq etmişdir. Həm səma kitablarında olan müqəddəs kəlamları ilə, həm möcüzələri ilə, həm də mükafatları ilə.

Allahın nicat kəndiri həqiqətən də möhkəmdir. Əsrlər boyu saleh insanlar onu təcrübə etmiş və nicat tapmışdılar. Bu, sadəcə dildə deyilən bir söz deyildir, bir həqiqətdir ki, bütün bəşər onu qəbul etməlidir.

Bizim tək Allahımız vardır və bu yeganə Allah bizi yaratmış və bizim rifahımız üçün hər bir şeyi hazır etmişdir. Ona görə də bizim üçün nələrin xeyirli və nələrin zərərli olduğunu, təbii ki, hamıdan daha yaxşı bilir.

İnsan dünyaya gəlib özünü dərk edəndən sonra yaxşı bilir ki, bu dünyada əbədi qalmayacaqdır və bir gün onun da ömür saatı sona çatacaqdır. Ona görə də dönüşü Allaha tərəfdir.

Bu mübarək ayədən bir neçə nəticə çıxardırıq. O cümlədən:

1. Möhkəm nicat kəndiri – Allaha iman və saleh əməllərdir.

2. Nicat və səadətin iki tərəfi vardır: etiqadi və əməli.

3. Hər kim bütün varlığı ilə Allaha təslim olarsa, onu səadətdən qeyrisi gözləməz.

4. Bütün insanların dönüş yeri Allahdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930