İnsan nə zaman Allahın yer üzərində xəlifəsi ola bilir?
Mьəllif: admin1
Tarix: 3-05-2023, 14:54
İnsan nə zaman Allahın yer üzərində xəlifəsi ola bilir?
Din alimləri kamala müxtəlif izahlar və təriflər vermişdilər. Hər kəs kamalı öz elm səviyyəsinə görə dəyərləndirə bilir. Ancaq həqiqi kamal nümunəsi Allah Təaladır.

“Yeddi göyü təbəqələrlə (bir-birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər(məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?”. (“Mulk” 3).

“(Yerin yaradılışından) sonra (Allahın qəti iradəsi, əsas maddəsi) tüstü olan göyə yönəldi. Beləliklə ona və yerə buyurdu: «İstər-istəməz (vücuda) gəlin!»”. (“Fussilət” 11).

Allah insan fitrətinə kamala çatmaq istəyi qoymuşdur, ona görədir ki, insan ömrü boyu kamal axtarışında olur. Bəzən onun doğru yolunu tapır, bəzən də azır.

Böyük arif olan Mərhum Seyyid Heydər Amuli kamal haqqında buyurur: “O kəs ki, din elminə vaqif olar, təriqət elmində lazımlı əməyə malikdir, həqiqət elmində bəsirət sahibi olar – o, şeyx adlanır. Ona görə də şeyx bu sifətlərə malik olan kamil insandır”.

Dinimizin nəzərinə görə, kamil insan o kəsdir ki, həm abiddir, həm alim. İbadəti elmindən qaynaqlanır. Əslində insan şəxsiyyətini, onun nəzəri və əməli elmi müəyyən edir. Yəni, insan həm abid və həm də alim olarsa, deməli məqsədinə çatmışdır, deməli kamala çatmışdır.

Kamal – insanın bəsirətindədir və malik olduğu təqvadadır. Kamil insan gərək İlahi maarifi gözəl şəkildə dərk etsin. Sonra da onun əsasında əməl etsin. Yəni, o şeyi ki, öyrənibdir, əməldə büruzə versin. Bu insanın dilində həmişə Allahın adı olar. Hər işini və əməlini onun mübarək adı ilə başlayar.

Bizim üçün ən üstün kamal nümunəsi Məsumlarımızdır (ə). Onların həyat tərzi, rəftarı, əxlaqı, danışıqları, hədisləri, nəsihətləri... Çünki bu insanlar Allah tərəfindən tərbiyə olunmuşdurlar.

Biz isə əgər kamala çatmaq istəyiriksə, gərək onlar tərəfindən tərbiyə olunaq.

Ancaq bu zaman xilqətimizin hədəfinə çatmış olarıq.

Ancaq bu zaman həqiqi insan şəxsiyyətini əldə etmiş olarıq.

Ancaq bu zaman Allahın yer üzərində olan xəlifəsi ola bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031