Möminin bir təsbihi Həzrət Süleymana (ə) verilən səltənətdən üstündür
Mьəllif: admin1
Tarix: 3-05-2023, 14:58
Möminin bir təsbihi Həzrət Süleymana (ə) verilən səltənətdən üstündür
Həzrət Süleyman (ə) uçan miniyi ilə hərəkət edirdi. Quşlar başının üstündə kölgə salırdılar. Cinlər və insanlar hər iki tərəfindən hərəkət edirdilər.

Süleyman (ə) Bəni-İsrayilin abidlərinin birinin yanından keçir və abid deyir: “Davudun oğlu! Allaha and olsun ki, Allah sənə böyük mülk əta etmişdir”.

Süleyman (ə) buyurur: “Möminin əməl dəftərində olan bir təsbih Davudun (ə) oğluna zahirdə verilən şeylərdən daha üstündür. Davudun (ə) oğluna verilən şeylər əlindən gedəcəkdir, ancaq Allahın təsbihi insanın əməl dəftərində qalacaqdır”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930