Rəsuli-Əkrəmin (s) meracda Həzrət İsa (ə) ilə görüşü
Mьəllif: admin1
Tarix: 24-05-2022, 11:08
Rəsuli-Əkrəmin (s) meracda Həzrət İsa (ə) ilə görüşü
İslam Peyğəmbəri (s) merac gecəsində Məkkədən Beytul-müqəddəsə və oradan da səmaya qalxır, çoxlu peyğəmbərlər (ə) və mələklərlə görüşür.

O zaman ki, Cəbrayil (ə) ilə Beytul-müqəddəsə daxil olurlar, İbrahim (ə), Musa (ə), İsa (ə) onu qarşılayırlar. Orada İslam Peyğəmbəri (s) qabaqda dayandı və qalan peyğəmbərlər (ə) ona iqtida edib camaat namaz qıldılar.

Həzrət Peyğəmbər (s) merac yolunda birinci səmanı gördükdən sonra ikinci səmaya qalxır. Bu zaman bir-birinə çox bənzəyən iki insan gördü və Cəbrayildən (ə) soruşdu: “Onlar kimlərdirlər?”.

Cəbrayil (ə) cavab verdi: “Onlar xalaoğludurlar: İsa ilə Yəhyadırlar. Onlara salam ver!”.

Həzrət Peyğəmbər (s) onlara salam verdi. Onlar da Peyğəmbərə (s) salam verdilər. Bir-biri üçün Allahdan bağışlanma istədilər. İsa (ə) və Yəhya (ə) dedilər: “Afərin olsun, layiqli qardaşımıza və layiqli peyğəmbərə!”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930