İstiğfar edən mütləq gərək ümidli olsun, yoxsa günaha batar
Mьəllif: admin1
Tarix: 24-05-2022, 11:00
İstiğfar edən mütləq gərək ümidli olsun, yoxsa günaha batar

İstiğfar və tövbə - tək qapıdır ki, Məsumlarımız (ə) xilas olmaq üçün ondan istifadə etməyi tövsiyə edirlər. Çünki əvvəl bu qapıların sayı iki idi. Biri Peyğəmbər (s) idi, o birisi isə tövbə idi. Peyğəmbəri (s) əldən verdiyimiz üçün bizə xilas olmaq üçün ancaq bir qapı qalmışdır. O da tövbə qapısıdır.

Ona görə deyə bilərik ki, istiğfar – bir nemətdir. Eyni zamanda – bir qalxandır. İnsan əgər keçmiş pis əməllərini aradan apara bilirsə və onun yerini saleh əməllə doldura bilirsə, bu, bir gözəl nemətdir.

Hər kim istiğfar edərsə, qətiyyən gərək naümid olmasın. Çünki ümidsizlik böyük günahlardandır.

Ancaq istiğfar və tövbə dedikdə, həqiqi tövbəni nəzərdə tuturuq. Dildə deyilən, amma ürəkdə inkar olunan tövbəni deyil.

Bunu da qeyd etməliyik ki, İlahi övliyalar günahdan uzaq olmaqlarına baxmayaraq, istiğfarı heç bir zaman əldən verməmişdilər. Çünki onun nicat kəndiri olduğunu həmişə dərk etmişdilər.

Bu kəndir biz adi insanlara əlbəttə ki, daha çox lazımlıdır. Ona görə də tövbələrin geri qayıtmadığı bu mübarək ayda istiğfar etməyi və peşman olmağı əldən verməyək və Allaha doğru pak şəkildə qayıdaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930