Din alimi olmağın meyarı nədir?
Mьəllif: admin1
Tarix: 24-05-2022, 11:03
Din alimi olmağın meyarı nədir?
Elm xarici bir şey olduğu üçün nurdur. O, əvvəl nəfs fəzasını aydınlandırar və sonra iki iş görər: biri budur ki, gələcəyi insan üçün aydınlandırar. İkincisi isə keçmişi insan üçün aydınlandırar. Necə ki, İmam Əli (ə) buyurur ki, həm keçmişi bizə nişan verər, həm də gələcəyi.

Ona görə də deyə bilərik ki, həqiqi elm odur ki, insana həm keçmişi və həm də gələcəyi nişan versin və aydınlandırsın.Həm insanı vadar etsin ki, ən uzaq nöqtəyə qədər gedib çıxsın. Həm də vadar edər ki, həmin uzaq nöqtədə gələcəyini qursun.

Din alimlərinin elmdən bəhrələri vardır və ona görə də onları Bəqiyətullaha bənzədirlər. Əslində Bəqiyətullah İmam Zaman ağadır (ə.f). Bu alimlər də ona elm sahəsində bənzədiklərinə görə, onları Ulu-bəqiyyə adlandırırlar. Ancaq hər din alimi bu məqamı əldə etməz, çox az alim vardır ki, İmamın (ə.f) yer üzərindəki nümayəndəsi olmaq şərəfinə nail olmuşdur.

Bir çoxları xəyal edirlər ki, insan bir neçə il hövzədə təhsil alıbdırsa, deməli artıq din alimi sayılır. Ancaq bu fikir yanlışdır.

Yanlışı da bundadır ki, elm haqqında lazımı qədər təsəvvürümüz yoxdur. Çünki elm – xarici bir şeydir, bəziləri onu zehni məlumatlarla səhv salırlar.

Zehni məlumatlar ancaq zehnə aid olanlardır, onlar xaricə çıxan zaman yanlış qəlibə girirlər. Ancaq həqiqi elm xarici olduğu üçün, xarici həqiqətə tabe olmuşdur.

Belə ki, yuxarıda da dediyimiz kimi, həqiqi elm odur ki, insana həm gələcəyi və həm də keçmişi nişan verə bilər. Bu elm ancaq xarici elmdir, zehni məlumatlar deyildir.

Zehni məlumatlara malik olan bir insanı alim adlandırmaq olmaz.

Məsumların (ə) nəzərində elm elə bir nurdur ki, Qurana tabedir. Xülasə, demək istədiyimiz odur ki, alim o kəsdir ki, həm elmə malik olsun, həm də onu xaricdə, yəni əməldə yerinə yetirsin.

Bu zaman olur həqiqi alim. Yəni, əgər bu insanın nuru vardırsa, xaricini, ətrafını aydınlandıra biləcəkdir. Əgər aydınlandıra bilmirsə - deməli, sadəcə zehni məlumata malik olan bir insandır, alim deyildir.

Bu səbəbdəndir ki, Ulu-bəqiyyələrin məqamı bu qədər ucadır. Onlar İmam (ə.f) tərəfindən birbaşa da olmasa, tərbiyə almış insanlardırlar ki, bilikləri ilə həm keçmişi və həm də gələcəyi aydınlandırırlar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930