Müsafir orucunun hökmləri
Mьəllif: admin1
Tarix: 3-04-2022, 21:57
Müsafir orucunun hökmləri
Ramazan ayında səfərə gedən şəxs, namazlarını qəsr qılacağı yerlərdə oruc tutmamalıdır və hər yerdə dörd rəkətli namazlarını tamam qılmalıdırsa oruc da, tutmalıdır, on gün bir yerdə qalmaq məqsədi olan müsafir kimi və ya səfər işi olan müsafir kimi. (Əlbəttə bəzi yerlər müstəsnadır).

Oruc tutan şəxs zöhrdən sonra səfərə çıxarsa gərək orucunu tamamlasın, amma zöhrdən qabaq səfərə çıxarsa orucu batildir, lakin tərəxxüs həddinə çatmadan orucunu iftar edə bilməz, əgər tərəxxüs həddinə çatmadan iftar edərsə, vacib ehtiyata əsasən (bilərəkdən orucu batil etmək) kəffarəsi boynuna gəlir. Əlbəttə, əgər məsələni bilmədən olsa kəffarə yoxdur.

Əgər müsafir zöhrdən qabaq vətəninə daxil ola yaxud on gün qalmaq məqsədi olan yerə yetişə, əgər orucu bati edən işlərdən etməyibsə, vacibdir oruc niyyəti etsin və oruc tutsun, amma əgər orucu batil edənlərdən qarşıya çıxıbsa, o günü sonradan qəza etməlidir. Amma əgər zöhrdən sonra yetişərsə oruc tuta bilməz (və sonra gərək qəza etsin).

Ramazan ayında səfərə getmək hərçənd orucdan qaç-maq məqsədilə olsa belə caizdir. Əlbəttə, yaxşıdır ki, yaxşı və zəruri işlərdən başqa işlər üçün səfər etməsin.

Məscidul-həramda etikaf etmək istəyən müsafir, əgər Məkkədə on gün qalmaq qərarına gələ yaxud səfərdə oruc tutmağı nəzir etmiş olsa, (etikafa daxil olub) iki gün oruc tutduqdan sonra, etikafını üçüncü günün orucu ilə tamamlamaq ona vacib olacaqdır. Amma on gün qalmaq məqsədi yoxdursa və səfərdə oruc tutmağı nəzir etməyibsə, səfərdə orucu səhih deyil, orucu səhih olmadığı üçün etikaf da səhih olmayacaqdır.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930