Ramazan ayının orucunu tutun ki, Allah sizə bu 7 xeyiri nəsib etsin – Hz. Peyğəmbər (s)
Mьəllif: admin1
Tarix: 14-03-2024, 12:55
Ramazan ayının orucunu tutun ki, Allah sizə bu 7 xeyiri nəsib etsin – Hz. Peyğəmbər (s)
Allah yanında günlər, aylar özü-özlüyündə eyi üstünlüyə malikdir. Lakin bu vaxtlar arasında xüsusi bərəkət və fəzilətin çox olduğu anlar vardır ki, bunlar da müəyyən əlamətdar hadisələrlə əlaqadardır.

Məsələn ramazan ayında qədr gegəsinin olması, insanların Allah xatirinə aclıq və susuzluqla mücadilə etməsi, bu ayda Allahın məxluqa xüsusi rəhmətinin şamil olmasına səbəb olan amillərdəndir.

Mütəal Allah bu ayı orucluq ayı qərar vermiş, insanlara bu ayda oruc tutmağı vacib etmişdir. İnsan bütün günü oruc olmaqla daima ibadət halında hesab olunur. Hər anında Allaha qarşı diqqətli olna insanın Allah da hər anını bərəkətli və Öz rəhmətində qərara verər!

Həzrt Əli (ə) İslam peyğəmbərindən (s) belə nəql edir:

“Elə bir mömin bəndə olmaz ki, bu ayda oruc tutsun, lakin Mütəal Allah ona bu 7 xisləti nəsib etməsin:

Bədəni haramla artsa belə onu əridib, məv edər.

Ölüm anını onun üçün asanlaşdırar.

Allah onun eyiblərini örtər.

Allah onu Öz rəhmətinə şamil edər.

Can vermə anını onun üçün asan edər.

Qiyamət susuzluğunu və aclığını ondan dəf edər.

Cənnət nemətlərini ona nəsib edər.

Ona bəraət və cəhənnəm atəşindən nicat verər.”

Həmçinin bu ayda çoxlu müstəhəb əməllər vardır ki, insana böyük fəzilət və əzəmət bəxş edir. Bunlara Quran tilavəti, dua, istiğfar, sədəqə vermək, iftar etmək, etikaf və sair misal çəkmək olar.

Bu mübarək ayda Quran tilavəti barədə Allah Rəsulu (s) buyurub:

“Bu ayda bir ayə tilavət etmək, digər aylarda bir Quran xətm etməyin savabına bərabərdir.”


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930