Məşhur İslam alimi Qurtubinin “Təthir” ayəsi barədə mühüm fikri
Mьəllif: admin1
Tarix: 11-05-2022, 22:55
Məşhur İslam alimi Qurtubinin “Təthir” ayəsi barədə mühüm fikri
“Təthir” sözünün luğəti mənası paklığ, paklamağ mənasındadır. Allah Təala Qurani Kərimdə “Əhli-Beytin” hər növ günah və mənəvi çirkinlikdən pak olduğunu buyurur:

“Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (Əzhab-33)

Bu ayənin Əhli-Beytin (ə) şəninə nazil olduğu bütün İslam alimləri arasında məşhurdur. Lakin özlərini İslama və Əhli-Sünnə məzhəbinə nisbət verən, sonradan ortaya çıxmış bəzi məzhəbçilər Əhli-Beytin kimlərdən ibarət olması barədə ixtilaf toxumu səpmişlər.

Əhli-Sünnənin böyük alimlərindən, Maliki qoluna mənsub olan müfəssir, tarixçi, müəllim, hədis nəql edən (muhəddis) Əhməd ibn Ömər ibn İbrahim əbul-Abbas əl-Ənsari əl-Qurtubu ayənin təfsirində Əhli-Beytin (ə) kimlərdən ibarət olması barədə yazır:

“Allah Rəsulunun (s) bu ayəni oxuması (Əhzab-33) bizə Əhli-Beytin kimlər olması üçün dəlil yaradır. Beləki, bunun dəlili Peyğəmbərin (s) bu ayəni tilavət etdiyi zaman həmin şəxsləri əbanın altına yığmasıdır (Allah Rəsulu s. əbasının altına Hz. Əlini, Hz. Fatiməni, Həsən və Hüseyni almışdı onlara salam olsun)

(min təlxisi kitabi muslim. Təlifu Qurtubi. Cild-6. Səh-302-303).

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930