Hz. Peyğəmbər (s) Quranın insan həyatındakı əhəmiyyətli rolunu belə bəyan edib
Mьəllif: admin1
Tarix: 11-05-2018, 10:08
Hz. Peyğəmbər (s) Quranın insan həyatındakı əhəmiyyətli rolunu belə bəyan edib
Quran Allah təalanın hikmət dolu bir kitabıdır. Mütəal Allah Quranı Hz. Cəbrail vasitəsi ilə Öz peyğəmbərinə (s) nazil etmişdir. Bu kitab hər cür xəta və müdaxilədən uzaqdır.

Quran bunu belə ifadə edir: "Çünki onu (sənin qəlbində) cəm etmək və (dilində) oxutmaq Bizə aiddir. Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!" (Qiyamət 17-19)

Qurani Kərim Rəbbimizin bizə hər növ müdaxilədən qorunan kitabı olmaqla yanaşı hidayət edən, yol göstərən, mənəvi nuraniyyət bəxş edən bir hədiyyəsi və rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur. Çünki bu ilahi Kitab insan həyatının bütün sahələrini əhatə edir.

İnsan Quran barəsində tətqiqat aparıb öyrəndikcə bu na bir daha şahid olur. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Allah Rəsulu (s) ustər dünya həyatı üçün olsun, istər axirət həyatı üçün, Quranın bu sahədəki əhəmiyyətinə və xüsusi yerinə işarə edərək buyurub:

"Əgər xoşbəxt həyat, şərəfli ölüm, hər kəsin həsrət çəkəcəyi gündən nicat tapmaq, cəhənnən odundan xilas, qiyamət giriftarşılığından xilas edəcək doğru yol istəyirsinizsə Quran öyrənin.

Həqiqətən Quran, Rəhmanın kəlamı, Şeytandan qoruyan bir sipər, haqq-hesab tərəzisini ağır gətrən bir dəyərdir." (Camiul-əxbar - 41)

Qurani Kərim ilahı maarif kitabıdır. Bu kitab insana bilik və yol göstərməklə yanaşı qəlblərə nuraniyyət və paklıq da bəxş edir. İnsanın islahı və nicatı yalnız mənəvi paklığındadır.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930