Padşaha təvəkkül dərsi keçən nökər
Mьəllif: admin1
Tarix: 9-05-2018, 22:13
Padşaha təvəkkül dərsi keçən nökər
Allah Təala Peyğəmbərinə (s) vəhy göndərir: “De: «Mənə Allah kifayətdir. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər»”. (“Zumər” 38).

Nəql edirlər ki, keçmiş padşahlardan birinin zamanında qəhətlik və qıtlıq olmuşdu. O zaman ki, insanlar qəhətlikdən əziyyət çəkirdilər və səbirləri aşıb-daşırdı, padşah insanlara əmr edir ki, ağlayıb, yalvararaq Allaha dua etsinlər.

İnsanlar ğina alətlərini sındırıb, dua və münacatla məşğul olmağa başladılar. Hamı ehtiyac əlini Allaha tərəf açır.

İnsanların arasında bir nökəri gördülər ki, əl çalıb şadlıq edir. Onu padşahın yanına gətirdilər və dedilər: “Ey padşah! Bu insan sizin əmrinizin əleyhinə olaraq şadlıq edir”.

Padşah nökərə deyir: “Bütün insanlar nigarançılıq içindədirlər. Sənə nə olub ki, belə şadlıq edirsən?”.

Dedi: “Mənim ağamın anbarı buğda ilə doludur, mən də ona görə rahatam”.

Padşah bu sözlərdən təsirlənib fikrə getdi. Sonra başını yuxarı qaldırıb dedi: “Əslində bu, məxluqun Xaliqə olan təvəkkülüdür ki, ona rahatlıq hissi verir. Hər kim Xaliqə təvəkkül edər, gör nə qədər hüzur və rahatlıq tapar”.

Yəni bu nökərin timsalında padşah gördü ki, ağasına olan arxayınçılıq onu necə sakit edir. Belə isə, Dünyaların Sahibinə olan arxayınçılıq insanı gör necə sabit və mütməin etməlidir!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930