Bəyənilən şəkk necə olur?
Mьəllif: admin1
Tarix: 29-11-2020, 11:56
Bəyənilən şəkk necə olur?
Şəkk dedikdə o nəzərdə tutulur ki, bir şeyi nə təsdiq edə bilirik, nə də inkar.

Şəkkin iki növü vardır:

1. Xəstəlik sayılan və bəyəniləməyən şəkk. Bu insan həm ibadətində, həm də gündəlik həyatında hər şeyə vəsvəsə ilə yanaşır və hər şeydə şəkk edir. Dinimiz bu cür şəkki bəyənmir.

2. Bəyənilən şəkk. Şəkkin başqa bir növü vardır ki, insanın çox bilmək istəyindən irəli gəlir. İnsan istəyir ki, bilmədiklərini öyrənsin və bildiklərinin doğruluğu əqli yolla sübuta çatdıra bilsin. Yəni, hər şeyi kor-koranə qəbul etməyi sevməz.

Məhz bu ikinci şəkkin bəzi faydaları vardır ki, onlarla tanış olaq:

a) Təəssübün aradan getməsi. O kəslərin ki, etiqadlarında təəssübləri olar, heç bir zaman öz inanclarında şəkk etməzlər və başqalarına da şəkk etmək üçün yol qoymazlar. Ona görə də belə bir təəssüb dinimizdə rəzil sifət kimi tanıdılmışdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin qəlbində xardal dənəsi qədər təəssüb olarsa, Allah onu Qiyamət günü cahil ərəblə məhşur edər”.

b) Tez inanmağın qarşısını alar. Elə insanlar vardır ki, başqalarının dediklərinə dəlil olmadan belə, inanırlar. Tez inanmaq insan üçün kamal sifət sayılmır. Ona görə də onunla mübarizə aparmaq lazımdır. Onunla mübarizə yollarından biri də məhz bu bəyənilən şəkki gücləndirməkdir.

c) Təkid olanan fikri rədd etmək. Bəzən insanlar dəlil gətirmədən öz etiqadları üzərində təkidlər edərlər. Baxmayaraq ki, müxalifləri onun iddiasını inkar edirlər, ancaq yenə də öz təkidlərinə davam edərlər.

Bəyənilən şəkk bu məsələni həll edə bilər və onun dəlilsiz təkidinə sona qoya bilər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930