PAKEDİCİLƏR (MÜTƏHHİRAT)
Mьəllif: admin1
Tarix: 7-05-2018, 14:25
PAKEDİCİLƏR (MÜTƏHHİRAT)
Nəcisi pak edənlər “mütəhhirat” (pakedicilər) adlanır. Aşağıda göstərilənlər pakedicilərdir:

1.Su 2.Yer 3.Günəş 4.İstihalə (əslinin dəyişməsi) 5.İntiqal (köçürmə) 6.İslam (islamı qəbul etmək) 7.Təbəiyyət (təsirlənmə) 8. Nəcasətin eyninin aradan getməsi 9.Nəcisyeyən heyvanın istibrası (şəri qayda ilə təmizlənməsi) 10.Müsəlmanın gözdən itməsi. (Bu pakedicilər növbəti məsələlərdə açıqlanacaq).

1. Su

Qabları suya çəkməyin (paklamağın) yolları

Nəcis olmuş qabları qəlil su ilə üç dəfə yumaq lazımdır, amma kürr və axar su ilə bir dəfə yumaq kifayətdir.

İtin su ya başqa bir maye içib yaxud yediyi, həmçinin yaladığı qabı əvvəlcə torpaqla sürtmək sonra suya çəkmək lazımdır. Əgər az suyla yuyularsa torpaqla sürtdükdən sonra iki dəfə suya çəkmək (yumaq) lazımdır.

Donuzun su ya başqa bir maye içib yaxud yediyi qab gərək yeddi dəfə yuyulsun, torpaqla sürtmək lazım deyil.

Qabdan başqa nəcis olmuş şeyləri suya çəkməyin (paklamağın) yolları

Nəcis olmuş şeyi nəcisin eynini (özünü) aradan apardıqdan sonra kürr və axar suya bir dəfə kamil şəkildə batırmaqla, həmçinin kürrə birləşmiş krant altına su nəcis olan yeri tam əhatə etdiyi miqdarında tutmaqla pak olur.

Bu paltar, palaz, (xalça) və s. kimi ol-duqda vacib ehtiyata əsasən yuduqdan sonra sıxılmalı ya silkələn-məlidir, amma lazım deyil ki, onun sıxılması ya silkələnməsi sudan çıxartdıqdan sonra olsun; suyun içində də olsa kifayətdir.

Sidiyə toxunmaqla nəcis olan şey nəcisin eyni aradan getdikdən sonra qəlil suyla iki dəfə yuyulsa pak olar, amma sidikdən başqa bir nəcislə nəcis olarsa, nəcasətin eyni aparıldıqdan sonra qəlil suyla bir dəfə yuyulması kifayətdir və pak olur.

Qəlil suyla suya çəkilən şeyin üzərinə tökülən suların ayrılması lazımdır və əgər bu şey paltar və palaz kimi sıxılmalı bir şeydirsə suyun ondan ayrılması üçün sıxılması lazımdır.

Nəcis palaz və xalça kimi şeyləri (kürlə birləşmiş) krant suyu ilə pak etdikdə içindəki qalmış suların ayrılması şərt deyil; təkcə nəcasətin eyni aradan getdikdən sonra suyun nəcis olmuş yerə yetişməsilə və hələ suyun altında olarkən ona əl çəkməklə onda olan suyun yerinin dəyişməsilə paklıq hasil olur.

Nəcis palçıqla qurulmuş təndirin zahirini (üzünü) yumaqla pak olur və çörək bişirmək üçün təndirin zahirinin pak olması kifayətdir.

Libasları suya tökməklə suyun müzaf olmadığı qədər (azca) rəngi dəyişərsə nəcis libasları onunla pak etmək olar.

Suya çəkmək üçün qabın içinə qoyulan libasların üzərinə (kürlə birləşmiş) krant suyu libasları tam əhatə edəcək miqdarında buraxıldıqdan sonra, libas, qab və libaslardan ayrılıb su üzərində müşahidə edilən və suyla birlikdə çölə tökülən qırıntılar hamısı pakdır. (Əlbəttə deyildiyi kimi libas kimi şeylərdə ehtiyata əsasən yuduqdan sonra sıxmaq ya silkələmək də lazımdır.)

2.Yer

Ayağın ya ayaqqabının altı yeriməklə nəcis olduqda, təqribən on addım quru və pak yer üzərində yeriyərsə və yeriməklə nəcisin eyni aradan gedərsə ayaq ya ayaqqabının altı pak olur.

Asfalt və qırla qatışmış yer ayaq və ayaqqabının altını pak etmir.

3.Günəş

Günəş, yer, bina, qapı, pəncərə, divar, ağac və bitki kimi bütün daşınmayan əşyaları pak edir.

Günəş aşağıdakı şərtlərlə pak edir:

1.Nəcis şey yaş olsun;
2.Nəcasətin eyni onda olmasın; (əgər olarsa günəş saçandan öncə təmizlənsin);
3.Günəş ona (birbaşa) saçsın; (bulud və pərdə kimi hər hansı bir şey günəşin saçmasının qarşısını almasın;)
4.Günəş saçmaqla qurusun (Yaş qalarsa pak olmaz).

4.İstihalə (əslinin dəyişməsi)

Nəcis şey öz cinsini dəyişərsə pak olur, məsələn, əgər (nəcis olmuş) ağac yanmaqla külə dönərsə və ya şərab sirkəyə çevrilərsə, yaxud it duz mədəninə düşməklə duza çevrilərsə pak olar, amma əgər cinsini (əslini) dəyişməyib təkcə şəklini dəyişərsə pak olmaz, məsələn, buğda una çevrilməklə ya qənd və şəkər suda həll olmaqla pak olmaz.

Nəcis yağ kimi nəcis maddələri paklamaq üçün kimyəvi üsullarla onun xüsusiyyətini dəyişmək kifayət etmir (və bu yolla istihalə baş vermir).

Kanalizasiya sularının mikroblarını təmizləməklə və onun viruslu maddələrini ayırmaqla (və ya filtrdən keçirməklə təmizləməklə) istihalə baş vermir (və pak olmaq üçün kifayət deyil). Amma əgər təmizləmə onu buxara çevirib sonra su halına salmaqla olarsa bu istihalədir və su pakdır.

5.İntiqal

Ağcaqanad və sair həşəratların insan bədənindən sovurduqları qanlar nə qədər ki, insan qanı hesablanır, nəcisdir, amma müddət ötmək nəticəsində o həşəratın qanı sayılan zaman pakdır.

6.Nəcasətin eyninin aradan getməsi

Əgər heyvanın bədəni nəcis bir şeyə bulanarsa, o şey heyvanın bədənindən getməklə heyvanın bədəni pak olur və onu suya çəkməyə ehtiyac yoxdur. Habelə insanın bədəninin daxilindəki nəcislik aradan getməklə paklanır və yumaq lazım deyil, məsələn, ağızın və burunun içi kimi; buna əsasən dişin dibindən gələn qan ağız suyu ilə (qarışıb) aradan getdiyi halda ağızın içi pak olur.

7. Müsəlmanın gözdən itməsi

Əgər bir müsəlmanın bədən, libas ya ona aid bir şeyin nəcis olmasını bilə, o müsəlmanı bir müddət görməyə, sonra onu o nəcis olmuş şeylə pak şey kimi davrandığını görə, o şeyin pak olmasına hökm olur, bu şərtlə ki, onun sahibi o şeyin nəcis olmasından xəbərdar olduğu halda təharət və nəcasətin hökmlərini də bilsin.

8.Təharətin sübuta yetmə yolları

Bir şeyin pak olması üç yolla sübuta yetir:

1.Nəcis olmuş şeyin paklanmasına insan yəqin etməsilə;
2.(Ev sahibi, satıcı və xidmətçi kimi) bir şəxsin ixtiyarında olduğu şeyin paklanmağına xəbər verməsilə;
3.İki adil (ədalətli) şəxsin şəhadətilə.

Həddi-büluğ astanasında olan uşağın ixtiyarında olan bir şeyin pak olmasını xəbər verməsini qəbul etmək lazımdır, yəni onun dediyi etibarlı sayılır.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930