VASVASILIQ VƏ ONUN MÜALİCƏSİ
Mьəllif: admin1
Tarix: 6-05-2018, 09:07
VASVASILIQ VƏ ONUN MÜALİCƏSİ
Vasvası olan şəxslərin nəcasət barəsində şiddətli ruhi həssaslıqları olduğu üçün lazımdır ki, aşağıdakı məsələlərdə göstərilən tövsiyələrə əməl etsinlər.

Müqəddəs İslam şəriəti nəzərindən bütün şeylərdə təha-rət və nəcasət baxımından birinci hökm təharət və paklıqdır; yəni hər bir şeyin nəcis olmasında azca şəkk etsə belə, vacibdir onun nəcis olmamasına (pak olmasına) hökm etsin.

(Vasvasılar hətta) əgər bəzən bir şeyin nəcis olmasına əmin olsalar belə, nə qədər ki, onun nəcis olmasını gözləri ilə gör-məyiblər belə ki, əgər normal (və vasvası olmayan) bir şəxs də onu görsəydi nəcis olmasına yəqin edərdi (nə qədər ki, belə bir yəqinlik hasil olmayıb), gərək pak olmasına hökm etsinlər.

Buna əsasən təkcə gözləri ilə gördükləri zaman (belə ki əgər başqası da onu görsəydi nəcis olmasına yəqin edərdi), nəcis olmasına hökm etsinlər. Qeyd olunan bu hökm vasvasıların barəsində vasvasılığın tamamilə aradan getməsinə qədər qüvvədədir.

Hər hansı bir nəcis olan şeyi ya üzvü pak etmək üçün nəcasətin eynini (özünü) aradan apardıqdan sonra (mənbəyi kürr olan) krantın altında bir dəfə yuyulması kifayətdir və onu təkrar yumağa ya suyun altına batırmağa ehtiyac yoxdur.

Nəcis şey parça və bu qəbildən olarsa, ehtiyata görə gərək normal miqdarda sıxılmaqla yaxud silkələməklə içindəki su xaric olsun.

İslam dini asan və bəşərin fitrəti ilə uyğun dindir, onu özünüzə çətinləşdirməklə cisminizə və canınıza zərər vurmayın. Belə yerlərdə iztirab insana həyatı acı edir və mütəal Allah sizin və sizinlə əlaqədə olan heç bir şəxsin bu əzab-əziyyətinizə razı deyil.

Bu asan din nemətinə şükr edin, bu nemətə şükr etmək mütəal Allahın göstərişləri və təlimləri əsasında əməl etməklədir.

Bu hal müvəqqəti və əlaclı bir haldır. Ondan qurtulmaq üçün möcüzəyə ehtiyac yoxdur. Bu hala qalib gəlmək üçün öz şəxsi fikrinizi və düşüncənizi kənara qoymalı və müqəddəs şəriətin göstərişlərinə iman gətirməlisiniz.

Çoxları bu yolla xilas ola biliblər. Allaha təvəkkül edin və çalışın iradənizlə ruhunuza aramlıq bəxş edin.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930