Rəsuli-Əkrəmə (ə) bənzəmək istəyənlər üçün keçilməli 4 mərhələ
Mьəllif: admin1
Tarix: 5-05-2018, 23:20
Rəsuli-Əkrəmə (ə) bənzəmək istəyənlər üçün keçilməli 4 mərhələ
Həzrət Peyğəmbərin (s) Əhli-Beyti (ə) arasında deyilənə görə ona ən çox bənzəyən insan Əli Əkbər ağa (ə) olmuşdur. Həm zahir və həm də əxlaq nəzərindən. Bu mübarək əxlaq nümunələrindən bəziləri ilə tanış olaq.

Həzrət Peyğəmbər (s) biz müsəlmanlar üçün örnək və nümunə olan kamil bir insandır. Ona görə də hər bir müsəlman özünü Həzrətə (s) bənzətmək istəyir, onun kimi kamal qalasını fəth etmək istəyir. Bəs bunun üçün nə edək?

Hədislərimiz bizə 4 xüsusiyyəti tövsiyə edirlər ki, əgər onlara yiyələnə bilsək, bəlkə də Həzrətə (s) az da olsa, bənzəyə bilərik.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimdə (bu) dörd sifət olarsa, mənə bənzəmiş olar.

1. Xoş əxlaq. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Fərq etməz – qocadır, yoxsa cavan, qadındır, yoxsa kişi, alimdir, yoxsa qeyri-alimdir – əgər mənə bənzəmək istəyirsə bilməlidir ki, sizlərin ən xoş əxlaqlı olanı – mənə ən çox bənzəyənədir”.

2. Mülayimlik və səbir. Əgər insan hər şeyə tez əsəbiləşməzsə və öz qəzəbini kontrolu altına ala bilərsə, o zaman ikinci mərhələni keçmiş olacaqdır.

3. Qohumlarına qarşı yaxşı insan olmaq. Əmirəl-möminin (ə) buyurur: “Hər kim Allah tərəfindən sərvət əldə edər, gərək qohumlarına onunla dəstək olsun”. Ona görə də deyə bilərik ki, Peyğəmbərə (s) bənzəməyin üçüncü mərhələsi – qohumlara yaxşılıq etmək və sileyi-rəhmin haqqını verməkdir.

4. İnsaflı olmaq. Həzrət (s) buyurur: “Hər kim həyatında insafa riayət edərsə, Peyğəmbərə (s) ən çox bənzəyəndir”. Həzrətin (s) mübarək nəzərinə görə, insaf və ədalət insan şəxsiyyətinin dəyərindən xəbər verər.

İnsaf nədir? Həzrət (s) bunun cavabında buyurur: “O şeyi ki, özün üçün bəyənmirsən, başqası üçün də bəyənməyəsən. O şeyi ki, özün üçün istəyirsən, qardaşın üçün də istəyəsən”.

Ümid edirik ki, bu dörd mərhələni keçib, az da olsa Həzrətə (s) bənzəməyə çalışarıq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031