"Fatihə" surəsi ilə müalicə
Mьəllif: admin1
Tarix: 5-05-2018, 23:13
"Fatihə" surəsi ilə müalicə
Əbu Səyid Xədəri nəql edir: “Bir neçə dostumla birlikdə səfərə çıxmışdıq. Yolda ərəb qəbilələrindən birinə rast gəldik. Qəbilənin yanında yüklərimizi yerə töküb, istirahət etməyə başladıq. Ancaq qəbilə üzvlərindən heç biri bizə diqqət etmir və qonaqpərvərlik göstərmirdi.

Bir müddət keçəndən sonra aralarında səs-küy başladı və bir nəfər bizə tərəf qaçıb dedi: “Bizim seyidimizi ilan çalmışdır, sizin aranızda ona şəfa verə bilən insan vardırmı?”.

Dostlarımdan biri dedi: “Biz sizin seyidə şəfa verə bilərik. Ancaq siz bizə heç bir lütf və diqqət etmədiyinizə görə, bu müalicənin muzdunu sizdən alacağıq”.

O, dedi: “Əgər seyyidi sağaltsanız, sizə bir neçə qoyun verərik”.

Dostlarımla birlikdə ora getdik və onlardan biri əlini ilan sancan yerə qoyub, “Fatihə” surəsini oxudu və Allahın izni ilə həmin seyyid şəfa tapdı.

Qəbilə əhli çox sevindi və bizə bir neçə qoyun bağışladılar”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930