Gələcək günahlar necə bağışlana bilər? – Quran bununla bizə nə vəd edir?
Mьəllif: admin1
Tarix: 5-05-2018, 14:48
Gələcək günahlar necə bağışlana bilər? – Quran bununla bizə nə vəd edir?
Qurani-Kərim ayələrində və hədislərdə insanın günahlarının bağışlanması barədə kəlamlara rast gəlirik.

Quran tövbə edib, istiğfar dilədiyimiz halda bizə əfv və bağışlanma vəd edir. Həmçinin bu tövbə ilə yanaşı etiyimiz səhvləri düzəltmək də şərtdir. Bütün bu kimi şərtlər olduğu insan bağışlanmağa ləyaqət tapır.

Məsələn hədislərdə qeyd olunur ki, həccə gedib Allah evini ziyarət edən, bağışlanma diləyən və insanlardan halallıq alan müsəlmanın keçmiş günahları Allah Təala tərəfindən bağışlanar. Allah Təala onun keçmiş günahlarını bağışlayar, həmin şəxs yeni doğulmuş körpə kimi pak olar.


Amma bir qism ayə və hədislərdə isə deyilir ki, Mütəal Allah o şəxsin keçmiş və gələcək günahlarını bağışlayar. Gələcək günahların bağışlanması insanı düşündürür, axı bu necə ola bilər?

Qurani-Kərimdə "Fəth" surəsinin ikinci ayəsində mütəal Allah, İslam peyğəmbəri (s) haqda buyurur:

“Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!”

Elə isə gələcəkdə baş verəcək günahların indidən bağışlanması hansı anlamda ola bilər.

Alimlər və müfəssirlər belə cavab verir ki, gələcək günahların bağışlanması yəni, insanın günahdan amanda qalması deməkdir. Allah Təala insanı bağışlamaqla bərabər ona elə bir iman, qorunacaq elə bir qala bəxş edir ki, o qala daima o insanı şeytanın hiylələrindən qoruyur.

Şeytan nəqədər onun ətrafında dövür etsə də, ətrafını nəcis etsə də ona yaxınlaşa bilmir. Çünki o şəxsi rəbbinin ona bəxş etdiyi iman nuru qoruyur. O elə bir məqama sahib olur ki imanı sabit və sarsılmaz olur. Onu günahdan qoruyacaq imanı vardır. Bəzi müfəssirlər Allahın verdiyi bu hədiyyəni “Furqan” adlandırır.

“Səff” surəsinin 4-cü ayəsində Qurani Kərim mömunlərı belə vəsf edir: “Onlar sarsılmaz dağ kimidir.”

Yəni onları nə düşmən hiyləsi, nə də dünya çətinliyi sarsıtmaz. Onları qoruyan bir qalaları var! Bu iman nurudur!

İnsanın bağışlanmasına vəsilə olan və onu qoruyacaq qala yaradan əməllərdən, nemətlərdən biri də ramazan ayının orucudur. Bu oruc insanın həm keçmış, həm gələçk günahlarının bağışlanmasına səbəb olur.

Hər kəs bu ayda Allah Təalaya yaxınlaşmaq qəsdi ilə oruc tutarsa, rəbbi onun bütün günahlarını bağışlayar. Həm də gələcək günahlardan qoruyacaq iman nuru və imanda yəqinlik bəxş edər.

Ona həm dünyada, həm də axirətdə nurdan libas geydirər. O nur libası onu dünyada pisliklərə bulaşmaqdan, axirətdə isə oddan qoruyar.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930