Bu dünyada məna varmı? Hədislərimizə görə həyatın 6 növü
Mьəllif: admin1
Tarix: 5-05-2018, 10:00
Bu dünyada məna varmı? Hədislərimizə görə həyatın 6 növü
Allah hər bir canlıya həyat bəxş etmişdir. İnsanlarla heyvanların, bitkirlərin həyatı fərqlidir. İnsanın malik olduğu həyatın bir neçə növü vardır ki, əgər onun ən alisinə sahib ola bilərsə, o zaman insan adını qazanacaqdır.

Hədislərimizin nəzərinə görə həyatın 6 növü:

1. Agah olmayan bir həyat. O kəslər ki, həyatda yatmaqdan, yeməkdən, əylənməkdən başqa bir hədəf görməzlər, həyatın həqiqi mənasından qafil olarlar. Bu insanların həyat bulurğanında heç bir azadlıqları yoxdur.

Çünki həyat küləyinin əsdiyi istiqamətdə uçan yarpağa bənzəyirlər. Ona görə də külək onu hara aparırsa, o da həmin tərəfə uçar. Hər bir məktəb və fəlsəfəni puç hesab edilrər. Nə dünya əhlidirlər, nə də axirət. Həm dünya və həm də axirətlərini əldə etmək üçün heç bir səy göstərməzlər.

2. Dünya həyatı. Bu insanların əsil hədəfi – dünyanı əldə etməkdir. Onlar dünya nemətlərini əldə etməyi əsil hədəfləri hesab edirlər və ona görə də dünyadan razıdırlar. Ancaq onların bu razılığı yanlış bir razılıqdır və onlar həyatın üç mühüm sualına cavab verə bilmirlər. Haradan gəlmişik? Haradayıq? Hara gedəcəyik? “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır”. (“Ənam” 32).

3. Mənəvi həyat. Bu insanlar dünya nemətlərinə etinasızlıq edərək, təbii hisslərini boğaraq, ömürlərinin çox hissəsini maddi olmayan bir gücü əldə etmək üçün səy göstərərlər. Belə güman edərlər ki, həyatın ali hədəfi ruhlarını dünya həyatından ayırıb, maddi olmayan aləmə çatdırmaqdır. Ona görə də bu insanlar kamala çatmazlar və təhrikedici güclərini əldən verərlər. Quran bu insanlar haqqında buyurur: «Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də(başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz». (“Qəsəs” 77).

4. Həm dünya və həm də axirət həyatı. Bu insanların nəzərində həyat iki yerə bölünür: dünya və axirətə. Bu iki həyatın bir-biri ilə rabitəsi yoxdur. Bu insanlar həm Allahı istəyirlər, həm də xurmanı. Onların nəzərində dünya həyatı ayrı bir şeydir, axirət həyatı ayrı. Bir-birinə təsir etmirlər.

5. Maddi dünya üçün mənəvi dünya. Bu insanlar nadan siması ilə həyatın həqiqətlərini rüsvay etməklə məşğuldurlar. Onlar riyakarlardırlar ki, zahirdə özlərini dində təsəvvür edirlər. Maddi ləzzətləri əldə etməklə məşğuldurlar. Əslində dindən dünyaya çatmaqları üçün istifadə edərlər.

6. Dünya həyatı axirət yolunda. Bu həyat tərzini peyğəmbərlər və İlahi övliyalar bəşər üçün təbliğ etmişdilər. Onlar həyatı ali və əzəmətli bir aləm kimi tanıdıblar. Onların nəzərinə görə, əgər bu həyat iki qanad olan: mərifət və saleh əməllə təmin oluna bilərsə, heyvani həyatdan ali insani həyata tərəf uça biləcəkdir. Axirət həyatı yolunda qərar tutacaqdır. “Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930