İmam Əli (ə) insanların ibadətini bu 3 mühüm qismə belə ayırdı
Mьəllif: admin1
Tarix: 4-05-2018, 14:12
İmam Əli (ə) insanların ibadətini bu 3 mühüm qismə belə ayırdı
İbadət kəlməsi bir dini termin olaraq lüğəti mənası qulluq, bəndəçilik, itaət mənasındadır. İstilah və işlənmə yeri isə dini mətnlərdir və yalnız Mütəal Allaha ibadət olunur.

Bütün səmavi dinlərin nazil olma hədəfi və tələbi məhz ibadətdir: Yəni insanları yeganə Allaha ibadətə dəvətdir, nəinki Allahı qəbul etmələridir. Çünki insan yaranandan onun qəlbində Allahı təsdiq hissi vardır.

Hətta inkar əhli belə bəzən özləri də fərqinə varmadan bunu etiraf edirlər. Heç kim tam inkarçı deyildir. Sadəcə ağılı və nəfsi qarışmış, nə dediklərini bilməyənlərdir. Quran buyurur:

وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ


Əgər onlardan (müşrik, Allahdan dönənlər) özlərini kimin yaratdığını soruşsan, mütləq: Allah! – deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər? (Zuxruf-87)

Ayədən görünən budur ki, insanın ali hədəfi nəinki Allahı tanımqdır, bundan daha üstünü idrakında dərk edib, qəlbində Ona bağlanıb, əməllərində tabe olmaqdır!

Bütün bunlar insanın Allaha bəndəçiliyi (qulluğunu) tamamlayır.

Lakin bütün bunlarla yanaşı yenədə insan nöqsanlara yol verir. Nöqsanları tam aradan qalxmır və kamilliyə möhtacdır. Həzrət Əli (ə) ibadət əhlini 3 qismə ayırır. Doğrudur, İmam (ə) bu qismlərin hər birinin bəyənən olduğunu qeyd edir. Lakin dərəcə etibarı ilə bir-birindən üstünlüyü vardır.

İmam (ə) buyurdu:

Bir dəstə vardırdır ki, Allaha ümid və arzu ilə ibadət edirlər. Bu tacirlərin ibadətinə bənzəyir.

Bir dəstə vardır ki, quxu ilə (cəhənnəm qorxusu) ibadət edərlər. Bu qulların itaətinə bənzəyir.

Bir dəstə vardır ki, Allaha şükranlıq hissi ilə ibadət edərlər. Bu azadların ibadətidir. (Nəhcul-bəlağə. 237)

İbadət özünü bir neçə formada göstərir. İbadət təyin edilmiş müəyyən vaxtlı əməllər (namaz,oruc), düzgün ticarət, insanlarla ədalət və dini göstəriş əsasında davranış, halal-harama diqqət, mənəvi paklıq və bir çox pormalarda zahir olur.

Qısa şəkildə desək Allah Təalanın əmr və göstərişlərinə tabe olmaq, bütün işlərində Mütəal Allahı düşünməkdir. Əməllər zahirən ilahi göstərişlərə uyğun olsa belə onların dərəcə etibarı ilə bir-birindən üstünlüyü vardır. Bu üstünlüyü ona verən əməl sahibinin dərin idrakı və qəlbinin dərinliklərindəki ali niyyətidir!


(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031