Haqq həmişə batilə qalib gələr – Həzrət Məhdinin (ə.f) mübarək izahı
Mьəllif: admin1
Tarix: 3-05-2023, 14:47
Haqq həmişə batilə qalib gələr – Həzrət Məhdinin (ə.f) mübarək izahı
İmam Zaman ağa (ə.f) buyurur: “Allahın qəti iradəsi bu cürdür ki, gec və ya tez haqqın sonu – qələbə, batilin sonu – məhv olmaqdır”.

Bu sözləri Həzrət (ə.f), Əhməd ibni İshaqa yazdığı məktubda bəyan etmişdir.

O, bu məktubda əmisi Cəfərin vilayətini rədd edərək, atası İmam Həsən Əsgəridən (ə) sonra özünün vəsi olduğunu bildirmişdir.

İmam (ə.f) öz davamçılarına məsləhət görmüşdür ki, həmişə haqqı müdafiə etsinlər. Çünki, batil gəlib-gedəndir. Bir müddət cövlan etsə də, hakim olsa da, ancaq sonu məhv olmaqdır.

Bunu tarixdə də aydın görmək olur. Nəmrudun, Fironun, Hitlerin, müxtəlif digər diktatorların aqibətləri bu həqiqəti dərk etmək üçün kifayətdir.

Ona görə də İmam (ə.f) tövsiyə edir ki, həmişə haqqın tərəfdarı olun və bilin ki, bu çətinliklər müvəqqətidir və bir gün sona çatacaqdır.

Batilin aldadıcı zahirinə ürək bağlamayın. Çünki haqq nuru bir gün səmərə verəcək və batili məhv edəcəkdir.

İmam (ə.f) işarə edir ki, mənim intizarımı çəkin və dövrün çətinliklərinə mənim zühurumun intizarı ilə səbir edin ki, haqq bizimlədir və bu, Allahın qəti iradəsidir.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930