Biz sizin halınıza diqqət etməkdə səhlənkarlıq etmirik, sizi unutmuruq – İmam Zaman ağanın (ə.f) seçilmiş hədisləri
Mьəllif: admin1
Tarix: 2-05-2018, 22:30
Biz sizin halınıza diqqət etməkdə səhlənkarlıq etmirik, sizi unutmuruq – İmam Zaman ağanın (ə.f) seçilmiş hədisləri
İmam Zaman ağanın (ə.f) bəzi buyuruşlarına diqqət edək:

1. Öz davamçılarına diqqəti. “Biz sizin halınıza diqqət etməkdə səhlənkarlıq etmirik, sizi unutmuruq. Əgər başqa cür olsaydı,çətinliklər sizə üz çevirərdi və sizin kökünüzü kəsərdi”.

2. Saleh əməl yerinə yetirmək. “Sizlərdən hər biriniz gərək o şey ki, sizi bizə yaxınlaşdırar – ona əməl edəsiniz. O şey ki, bizim xoşumuza gəlmir və ona qəzəblənirik – (ondan) uzaq olasınız. Çünki, Allah ani şəkildə insanı alar o zaman ki, tövbəsinin ona faydası olmaz”.

3. Əhli-Beytin (ə) əmrlərinə itaət. “Allahdan qorxun və bizə təslim olun. İşlərinizi bizə buraxın. Bizim öhdəmizdədir ki, sizi bulaqdan sirab edək. Sizi bulağa tərəf aparmaq bizim öhdəmizdə olsa da, sizdən gizli olan şeyləri kəşf etmək yoluna getməyin. Məqsədinizi bizə sevgi ilə aydın olan yoldan bizə tərəf qərar verin”.

4. Haqq mütləq həyata keçər. “Allah təqdir etmişdir ki, haqq öz son və kamal mərhələsinə çatsın. Batil aradan getsin. O, bəyan etdiklərimə şahiddir”.

5. Xilqətin hədəfli olması. “Allah Təala xəlqi yersiz yerə xəlq etməmişdir. Onları qüdrətləri ilə xəlq etmişdir. Onlar üçün qulaq, göz, qəlb və ağıl qərar vermişdir. Müjdə verən və qorxudan rəsulları onlara tərəf göndərmişdir ki, əmrinə itaət etsinlər. İtaətsizliklərinin qarşısını alsınlar. Allah və din barəsində bilmədiklərini onlara başa salsınlar. Onlara tərəf kitab göndərdi.

Onlara tərəf mələkləri göndərdi ki, Allahla peyğəmbərləri (ə) arasında vasitə olsunlar”.

6. Haqqın zühuru. “Nə zaman Allah bizə danışmaq üçün icazə verər, haqq zahir olacaqdır. Batil aradan gedəcəkdir”.

7. Allahın izni ilə haqqın zühuru. “Zühur olmaz, məgər Allah Təalanın izni ilə. O isə uzun zamandan, qəlblərin qəsavətindən, yeri zülm bürüyəndən sonra”.

8. Yalançı iddiaçılar. “Agah olun ki, tezliklə (bəzi) kəslər (xüsusi nəcabətimi) iddia edəcəklər. Agah olun ki, hər kim Süfyaninin qiyamından, səma səsini eşidəndən əvvəl məni gördüyünü iddia edər – yalançı və iftiraçıdır”.

9. Dünya məhv olmaq üzrədir. “Dünyanın məhv olması yaxınlaşır və vida halındadır. Mən sizi Allah və Peyğəmbərinə (s), Quranına əməl etməyə, batili öldürməyə və sünnəti dirçəltməyə dəvət edirəm”.

10. Böyük ehtiyat. “Mən Adəmdən (ə) qalan, Nuhun (ə) ehtiyatı, İbrahimin (ə) seçdiyi və xülasə, Muhəmmədəm (ə)”.

11. Allahın hüccəti. “Zalımlar belə düşündülər ki, Allahın hüccəti aradan getmişdir. Halbuki əgər bizə danışmaq üçün icazə verilsəydi, hər an şəkləri aradan aparardıq”.

12. Asqırıq, salamatlıq əlamətidir. “Asqırmaq – üç gün ərzində ölümdən amanda olmağın əlamətidir”.

13. Namaz, şeytanı qovar. “Heç bir şey namaz kimi şeytanın burnunu torpağa sürtməz. Ona görə də namaz qıl və şeytanın burnunu torpağa sürt”.

14. Allaha pənah aparmaq. “Kor olduqdan sonra görməyə görə, yolunu azmaqdan sonra xilas olmağa görə, nalayiq əməllərdən və fitnəyə düşməkdən Allaha pənah aparıram”.

15. Həqiqət nümunəsi. “Haqq bizimlə və bizim aramızdadır. Bizdən başqası belə deyə bilməz, məgər o halda ki, iftiraçı və yalançıdır”.

16. Allahın izni ilə zühurun fərəci. “Zühurun fərəci Allah Təalanın iradəsindən asılıdır. Hər kim bizim zühur üçün vaxt təyin edər – yalançıdır”.

17. Allahı tanımaq. “Həqiqətən, Allah Təala o Kəsdir ki, cisimləri yaratmış, ruziləri bölmüşdür. O, cisim deyildir və cismə də girməmişdir. Heç bir şey Onun kimi deyildir. Eşidən və Agahdır”.

18. Məsumlar (ə) – Allahın tərbiyə etdikləridir. “Əgər kimsə bizimlə olmazsa, bizdə heç bir zaman qorxu yaranmaz. Biz Allahın tərbiyə etdikləriyik. İnsanlar (isə) bizim tərbiyə etdiklərimizdir”.

19. Həqiqi elm. “Elm, bizim elmdir. Kafirin küfrü sizi sancmaz”.

20. Əhdə vəfa. “Əgər bizim davamçılarımız İlahi əhdə ittihad və ittifaqda olsaydılar, əhdi möhtərəm bilsəydilər, bizim görüşmək səadəti təxirə düşməzdi və bizimlə görüşmək səadətinə tez nail olardılar”.

21. Davamçıların nadanı. “Bizim davamçılarımızın nadanları və ağılsızları və o kəslər ki, ağcaqanadın qanadları onların dindarlıqlarından daha möhkəmdir – onlar bizi incidərlər”.

22. Şükür səcdəsi. “Şükür səcdəsi – ən lazım və ən vacib müstəhəblərdəndir”.

23. Namazın təqibatlarının fəziləti. “Vacib namazlardan sonra dua və təsbih etməyin fəziləti, müstəhəb namazlardan sonra edilən dua və təsbihin fəziləti ilə müqayisədə vacibatın müstəhəb üzərindəki fəziləti kimidir”.

24. Səcdə - Allaha məxsusdur. “Qəbrə səcdə etmək caiz deyildir”.

25. İnsanlara xidmət etmək. “Özünü insanların (xidmət etmək üçün) ixtiyarına ver. Əyləşmək yerini evinin girişində qərar ver. İnsanların hacətini yerinə yetir!”.

26. Yer üçün əmin-amanlıq. “Yer əhli üçün bizim varlığımız aman və rahatlığa səbəb olar. Necə ki, ulduzlar səmanın amanına səbəb olarlar”.

27. Bulud arxasında olan günəş. “Qeyb zamanında məndən bəhrələnməyin keyfiyyəti – buludun gizlətdiyi günəşdən bəhrələnməyin keyfiyyəti kimidir”.

28. Allahın iradəsi hər şeyi qabaqlayır. “Həqiqətən, Allah Təalanın təqdiri məğlub olmaz. Heç bir şey Onun tövfiqini qabaqlamaz”.

29. Bəyənilməyən suallar. “Sizin xeyirinizə olmayan sual qapılarını bağlayın”.

30. Hər bir zamanda hidayət ələmdarı. “Nə zaman ələm və nişanələr gizli olar, başqa bir ələm aşkar olar. Nə zaman bir ulduz düşsə, o biri ulduz doğar”.

Allah Təala bizləri o Həzrətin (ə.f) zühurunu tezləşdirənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031