Ağac kəsməyin deyən Peyğəmbər (s) baş kəsməyi əmr edərmi !?
Mьəllif: admin1
Tarix: 30-04-2018, 23:10
Ağac kəsməyin deyən Peyğəmbər (s) baş kəsməyi əmr edərmi !?
Bizi yaradan uca Rəbbimiz, həyatımızı nizama salmağımız, və həqiqi insan kimi ömür sürməyimiz üçün müəyyən ölçülər də qoymuşdur ki, bunu Quranda “hudud” adlandırmışdır.

Bu hududları pozanları Quran zalım adlandırır: Uca Allah buyurur: “...Bunlar Allahın təyin etdiyi sərhədlərdir, onları pozmayın. Allahın sərhədlərini pozanlar, həqiqətən zalımdırlar.” (“Bəqərə” surəsi, 229)

Bu ilahi sərhəd bəzən din və islam adı ilə pozulur ki, bu daha çox təhlükəlidir. Bu gün “cihad” hökmü bir qrup zalım və fitnəkar sələfi-vəhhabi - İŞİD və. s adlarla fəaliyyət göstərənlər tərəfindən elə hala salınıb ki, həqiqi cihad məfhumu az qala aradan gedir.

İslam düşmənlərinin nökərinə çevrilən bu avam dəstə, dillərində “Allahu-Əkbər” nidası ilə qan tökür, misli görünməmiş cinayətlərə imza atırlar. Təkfirçilik ruhiyyəsi ilə yaşayan və onlar kimi düşünməyən hər kəsi ölümə məhkum edən düşüncə tərzi İslamdan çox-çox uzaqdır.

Kafirlərin bütlərini belə təhqir etməyə icazə verməyən İslam, kafirlərlə döyüşərkən belə müəyyən hudud -qayda qanun təyin etmişdir. Kafirlə döyüşürük deyə öz mənəvi dəyərlərimizi unutmalıyıq? O kafirdir bəs sən?

Qurani-Kərimdə olan bu ayə bizə düşmənlə vuruşarkən necə bir mövqe sərgiləməyimizi göstərir.

“Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın. Allah həddi aşanları sevməz.” (“Bəqərə” surəsi, 190)

Quranda istifadə olunan qital kəliməsi bir şəxsin onu öldürmək niyyətində olan şəxsi öldürmək istəməsi mənasındadır. Deməli dinimizdə “qital” müdafiə xarakteri daşıyır.

Hətta özünü müdafiə zamanı belə ilahi sərhədi pozmağa icazə verməyən dinimiz, müharibə meydanında özümüzü idarə etməyi bizə öyrədir.

Siz də kafirə qarşı vuruşun amma Allah yolunda vuruşun. Allah yolunda, onun istəyi və razılığını əldə etmək üçün vuruşan hər bir şəxs, heç vaxt Allahın razılığından qeyri bir yola əl atmaz.

İslam tarixinə baxaq. Peyğəmbərin (s) zamanında 84 döyüş olmuşdur ki, bunun 83-də müsəlmanlar qələbə çalmışdır. (“Tövbə” surəsi, 25)

Bu gün cihad adı ilə körpələrin, qocaların, hətta evində əyləşən dinc sakinləri qətlə yetirən təfəkkür şeytani təfəkkürdən başqa bir şey deyidir. İnsan ölümü ilə sevinən və onların ölüm anlarını qeyd edən və sosial mediada yaymaq hansı dinin əmirdir?

Bu qədər alçaqlıq və rəzillik? İnsanları suda boğmaq, yandırmaq, tankın altına uzadıb üstündən keçmək, güllələmək, onlara elektirik vermək, üzərlərinə bomba bağlayıb, uzaq komanda ilə partlatmaq, bir minik avtomobilinə yerləşdirib, əl qumbarası ilə atəş açmaq, edam edib ürəyinə bıçaq sancmaq, hamilə qadınları bətnindəki körpə ilə birgə öldürmək və s üsulla insanları öldürmək hansı dinin icazəsi ilə həyata keçir?

Çox təəssüf ki bu cinayətləri edənləri və o düşüncəni dəstəkləyənləri hələ də müsəlman hesab edənlər var. Bu şəxslər Quran buyurduğu zalımlardır ki ilahi sərhədi kobudcasına pozurlar. (“Bəqərə” surəsi, 229)

Allah Rəsulu (s) öz əshabını döyüş meydanına göndərərkən onlara Allahın ayəsini xatırladır və buyurardı: “Yaşlılara, qadınlara, uşaqlara toxunmayın! Məbədləri yıxmayın, ağacları kəsməyin, heyvanları öldürməyin, sərvətləri isə hədər etməyin!”

Amma bu gün özünü peyğəmbər (s) ardıcılı kimi qələmə verən münafiq dəstə məgər görmür ki Allah Rəsulu (s) hansı ədəb və əxlaqla özünü müdafiəni tövsiyə edir?

İslam tarixində baş vermiş 84 döyüşün hansı birində onların etdiyi bu cinayətlər baş verib? Hətta dinimiz düşmən əsirlərinə də qayğı ilə yanaşmağı öyrədib.

Müharibə meydanında belə mənəvi dəyərləri ilə zəngin olan dinimizi sizin kimi münafiq dəstə heç vaxt aradan apara bilməz. Sələfi-Vəhhabi İŞİD- kimi sifətlərə bürünən siz münafiqlərin batini kafir, zahiri isə guya müsəlmandır. Siz ağac kəsməyin deyən peyğəmbərin (s) baş kəsən nadan, cahil, və avam “ümməti”siz.

Əgər zərrə qədər vicdanınız qalıbsa bu çirkin oyunlarınızı öz adınızla həyata keçirin, kamil dinimiz olan İslamın və onun əziz peyğəmbərinin adı ilə yox!!!


Mahir Şəkərov / İlahiyyatçı araşdırmaçı.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930