Hz. İbrahimi (ə) “Xəlil” məqamına çatdıran əməl – Ayətullah Kəşmiridən nəsihət
Mьəllif: admin1
Tarix: 30-04-2018, 11:38
Hz. İbrahimi (ə) “Xəlil” məqamına çatdıran əməl – Ayətullah Kəşmiridən nəsihət
Allah Təalanın bütün peyğəmbərləri ismət (günahsız) və böyük fəzilət məqamına sahibdirlər. Quran bizə peyğəmbərlər arasında heç bir ayrı seçkilik və fərq qoymamağı, onların (ə) hamısına ehtiram etməyin vacibliyini öyrədir:

“(Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik.” (Bəqərə -285)

Allah Təala, Öz peyğəmbərlərindən bəzisini atasız yaratmaqla, bəzisi ilə danışmaqla, bəzisini “xəlil” (dost) adlandırmaqla onlara müxtəlif fəzilət və üstünlük bəxş etmişdir. Məsələn Həzrət İbrahim (ə) barədə Quran buyurur:

“Həqiqətən, Allah, İbrahimi (Özünə) Xəlil (dost) tutmuşdur!” (Nisa-125)

Mərhum Ayətullah Kəşmiri barədə xatirələlirin birində deyilir ki, mərhum ustad hər namazdan sonra dərhal səcdəyə gedər, alnını möhürə qoyub 3 dəfə “Əlhəmdlillah” zikr edər, sonra sağ üzünə yerə qoyub 3 dəfə “Şükran Lillah” deyər, sonra sol üzünü yerə qoyar və 3 dəfə “Əstəğ-firullah” deyərdi. Bunun səbəbini soruşduqda ustad buyurdu: “Həzrət İbrahim (ə) bu səcdələrin köməyi ilə Xəlil-Əllah oldu.” (Kitabe ruh və reyhan. Səh-107)

Təbii ki, insan rəbbinə yaxın olmaq üçün böyük mənəvi paklıq mərhələsi keçməlidir və bu yolda da hər bir əməlin öz xüsusi təsiri vardır.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930