QURANDA HƏZRƏT MƏHDİNİN (Ə.F.) QİYAMI
Mьəllif: admin1
Tarix: 25-04-2023, 22:30
QURANDA HƏZRƏT MƏHDİNİN (Ə.F.) QİYAMI
Quranın “Tövbə” surəsinin 32 və 33-cü ayələrində deyilir: “Onlar Allahın işığını öz ağızları ilə söndürmək istəyirlər. Allah isə qoymaz. Kafirlərin xoşuna gəlməsə də belə, (Allah) öz işığını kamil edəcəkdir. Müşriklərin xoşuna gəlməsə belə, (haqq olan dini) bütün dinlərə üstün etmək üçün öz Peyğəmbərini hidayətlə və haqq olan dinlə göndərən Odur”.

Təfsirçilərin fikrinə görə, bu ayələr Həzrət Məhdi (ə) qiyamı haqda nazil olmuşdur. Ayənin təfsirində bildirirlər ki, bu ayələrdə İslam dininin bütün dinlərə qalib gəldiyi zamana işarə edilmişdir.

Nəhayətdə İslam dini bütün Yer kürəsini bürüyəcəkdir və bütün dünyaya qalib gələcəkdir. Əlbəttə də ki, hal-hazırda həmin şərait mövcud deyildir. Ancaq bilirik ki, Allahın bu vədəsi tədricən öz yerini alacaqdır.

İslamın dünya üzrə inkişaf etməsi rəsmi olaraq, qəbul edilmişdir. Bu din bütün ölkələrə - Qərb ölkələrinə, Amerika və Afrikaya, Avstraliyaya nüfuz etmişdir. Ancaq bu ayə o zaman həyata keçəcəkdir ki, Həzrət Məhdi (ə) zühur edəcəkdir.

Mərhum Təbrisi “Məcməyil-bəyan”da İmam Baqirdən (ə) nəql edir: “Bu ayədə verilən vəd, Ali-Muhəmməddən olan Məhdinin zühuru ilə olacaqdır. Həmin günü yer üzündə Muhəmmədin (s) haqlı olduğunu etiraf edənlərdən başqa heç kim olmayacaqdır”.

Şeyx Səduq “İkmaləddin” kitabında İmam Sadiqdən (ə) nəql edir: “Allaha and olsun ki, bu ayə hələ həyata keçməmişdir və ancaq o zaman həyata keçəcəkdir ki, Qaim zühur edəcəkdir. O, qiyam etdiyi zaman yer üzündə Allahı inkar edəcək bir kəs qalmayacaqdır”.

Zühura aid hədislər


“Zühur zamanı dünyada fəsad, küfr və zülm artacaqdır. Onun vasitəsilə Məhdi (ə) dünyanı ədalətə bürüyəcəkdir”.

“O, xəlifələrin on ikincisidir”.

Bu hədislər mütəvatir hədislərdir, yəni inkar edilə bilməz.

Onu qeyd etmək lazımdır ki, Həzrət Məhdinin (ə) zühurunu bütün İslami firqələr qəbul edir və inkar etmirlər. Bu intizarda səhvə yol verməmək üçün suyun mənbəyinə müraciət etmək lazımdır. Çünki çaylara istər-istəməz çirk və başqa kanallar qoşulurlar. Yəni biz intizar sorağı ilə İslami mətnlərə müraciət etməliyik. Daha bir neçə hədisə diqqət edək:

- Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, “haqq hökuməti quracaq Qaimin intizarında olaraq dünyadan gedən kəsin axırı nə olar?”. İmam (ə) cavabında buyurur: “O, sanki o insanlar kimi olar ki, bu inqilabın rəhbəri ilə bir yerdə bu orduda olmuşdu”r. Sonra bir az susdu. O, buyurdu: “O kəs kimi olar ki, İslam Peyğəmbəri (s) ilə onun mübarizəsində bir yolda olmuşdur”.

- Bəzi hədislərdə “Allah yolunda qılınc çalandır” kimi göstərilmişdir.

- Bəzilərində “Düşmənin başına qılıncla vuran, Peyğəmbərin xidmətində olan insan”a bənzədilmişdir.

- Bəzi hədislərdə bu insanlar “Qaimin bayrağı altında olan insana” bənzədilmişdir .

- Bəzilərində isə “Peyğəmbərin (s) qarşısında cihad edən insan”a bənzədilmişdir.

- Bəzilərində də bu insanlar “Peyğəmbərlə (s) şəhid olan insanlar”a bənzədilmişdir.

Bu hədislərdə ki, eyni suala cavab verilmişdir, görmək olar ki, intizarda olmağın cihadla, düşmənlə mübarizə ilə rabitəsi vardır.

Həzrət Peyğəmbərdən (s) gələn başqa bir hədisdə deyilir: “Mənim ümmətimin ən gözəl əməli - Allah tərəfindən fərəcin intizarında olmaqdır”. Bu hədis isə bizə intizarda olmağın əhəmiyyətini aydınlaşdırır.

İmam Zaman ağanın (ə.f.) qiyamı haqda hədislərimiz çoxdur. Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, İmamın (ə.f.) zühuru üçün ilk növbədə şərait yaranmalıdır, insan bu zühurun fəlsəfəsini dərk etməli və özünü kamilləşdirməlidir. İctimai yardım etməli və fəsad qarşısında susmamalıdır.

Yəni insan tək özünün deyil, ətrafındakıların da kamilləşməyinə yardım göstərməli və hər bir fəsadın qarşısında müşahidəçi deyil, mübarizə aparan olmalıdır. Allah bizləri o Həzrətin (ə.f.) qəmgin qəlbini sevindirənlərdən etsin. Amin!


Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031