Dünyada evlilikdə olanlar, behiştdə də olacaqlarmı?
Mьəllif: admin1
Tarix: 25-04-2018, 15:37
Dünyada evlilikdə olanlar, behiştdə də olacaqlarmı?
Bir nəfər xanım sual verir: “Mənim 20 yaşım vardır və bir nəfər yaxşı insan mənə elçilik etmişdi və biz evlənməyi qərara almışdıq. Hər ikimiz də bu evliliyin olmasını istəyirdik.

Ailələrimiz də razı idi. Ancaq bir avtomobil qəzası nəticəsində nişanlım vəfat etdi. Mən bilmək istəyirəm ki, qovuşa bilmədiyim sevgimə behiştə çata biləcəyəmmi?”.

Cavab: “Behiştdə hər cür nemət mövcuddur – məskən, yeyəcəklər, geyim, rahatlıq və rifah vasitələri. Allahın razılığı isə hamısından daha üstün nemətdir.

“Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən)böyükdür. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 72).

Ancaq sizin sualınızla bağlı deyə bilərik ki, əgər insan dünyada bir şəxsi sevər və ona qovuşa bilməzsə, əgər hər ikisi də iman və təqva əhlidirsə, ümid vardır ki, axirətdə bir-birinə qovuşsunlar”.

Həzrət Peyğəmbər (s) bir nəfərə xitab edərək, belə buyurur: “Əgər Allah səni behiştə daxil etsə, ürəyin istədiyin şeyləri və gözünün ləzzət aldığı şeyləri orada tapacaqsan”.

Həmçinin hədislərdə oxuyuruq ki, əgər behiştdə kişinin məqamı həmin qadından yüksək olarsa – kişi həyat yoldaşı baxımından seçim edə bilir. Əgər qadının məqamı yüksəkdirsə - seçib-seçməmək mövzusu onun ixtiyarında olacaqdır.

Ona görə də əgər behişt əhli olmaq istəyirsinizsə, iman və təqvanıza nəzarət edin ki, axirətdə də Allahın rəhmətinə çata biləsiniz.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930