Təqliddə təbiz, cameüşşərait müctəhidi tanımağın yolları və müctəhidin fətvasını ələ gətirməyin yolları
Mьəllif: admin1
Tarix: 23-04-2018, 11:15
Təqliddə təbiz, cameüşşərait müctəhidi tanımağın yolları və müctəhidin fətvasını ələ gətirməyin yolları
Təqliddə təbiz (təqlidi bölmək)

Məsələ-33) Müqəllid edə bilər şəri hökmlərin hər bir qismində o qisimdə daha çox məharəti (yəni ələm) olan müctəhidə təqlid etsin.

Məsələn, ibadət bölməsində bir müctəhidə və müamilat bölməsində isə başqa bir müctəhidə təqlid etsin, yaxud fərdi hökmlərdə bir müctəhidə və ictimai, iqtisadi və siyasi hökmlərdə digərinə təqlid etsin.

Hətta əgər bir müctəhid müəyyən bir bölümdə və digəri başqa bir bölümdə ələm olarsa ixtilaflı məsələlərdə təbiz (yəni hər bölümdə ələm olan müctəhidə təqlid etmək) (vacib) ehtiyata əsasən vacib olacaqdır.

Cameüşşərait müctəhidi tanımağın yolları

Məsələ-34) İki yolla cameüşşərait müctəhidi tanımaq olar:

1-Xatircəmlik: Bu xatircəmlik istər camaat arasında onun cameüş-şəraitliyinin məşhur olması nəticəsində, istərsə də şəxsi təcrübə yolu ilə və yaxud başqa yollarla olsun kifayətdir.

2-Cameüş-şərait müctəhidi tanımaqda elmi bacarığı olan iki adilin şəhadəti, hərçənd onların şəhadətindən xatircəmlik hasil olmaya.

Məsələ-35) Əgər bir müctəhidin cameüş-şərait olmasına şəri “bəy-yinə” (iki elmi bacarığı olan adilin şəhadəti kimi) gətirilə, onun əleyhinə başqa bir şəri “bəyyinə” gətirilməyincə o “bəyyinə” höccətdir və ona etimad olunmalıdır, hətta ondan yəqin yaxud xatircəmlik hasil olmasa belə. Bu halda onun əleyhinə olan bəyyinənin olub-olmaması barədə axtarış lazım deyil.

Müctəhidin fətvasını ələ gətirməyin yolları

Məsələ-36) Müctəhidin fətvası bir neçə yalla ələ gələ bilər:

1. Müctəhidin özündən eşitməklə.

2. İki ya bir adil şəxsdən eşitməklə.

3. İnanılmış bir nəfərdən eşitməklə.

4. Müctəhidin etibarlı sayılan risaləsində görməklə.

Məsələ-37) Müctəhidin fətvalarını çatdırmağı və şəri hökmləri bəyan etməyi öhdəyə götürmək üçün icazə lazım deyil, amma əgər hər hansı bir şəxs fətva deməkdə və şəri hökmləri bəyan etməkdə səhvə və xətaya düçar olursa bu işi öhdəsinə almamalıdır.

Bir məsələni və fətvanı səhv dedikdə və öz səhvini bildikdə vacibdir eşidənləri bu səhvdən agah etsin. Ümumiyyətlə fətvanı eşidənlər onun səhihliyinə əmin olmayınca ona əməl edə bilməzlər.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031