Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?
Mьəllif: admin1
Tarix: 29-04-2023, 11:52
Həzrət İsaya (ə) niyə Ruhullah deyirlər?
Ruhullah sözü əslində Allahın xəlq etdiyi əzəmətli ruha aid edlir ki, bütün insanların, o cümlədən Məsih və başqa peyğəmbərlərin varlığında qərar vermişdir.

Lakin bəziləri insanları yoldan azdırıb demək istəmişdilər ki, Həzrət İsa (ə) – nəuzubillah, Allahın bir hissəsidir. Onlara cavab olaraq Quran buyurur: “Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın və Allaha qarşı haqq və həqiqətdən başqa bir şey deməyin («Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir» və ya «Allah ruh kimi İsanın bədəninə daxil olmuşdur» deməyin).

Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə («ol!» kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) və Onun tərəfindən olan (və canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha və Onun peyğəmbərlərinə iman gətirin və «(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcuda – ata, oğul və Ruhul-Qudusa bölünüb)» deməyin.

(Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən, Allah tək olan tanrıdır, övladı olmaqdan pak (və uzaq)dır. Göylərdə və yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir”. (“Nisa” 171).

Tarixdə oxuyuruq: “Harun ər-Rəşid xristian bir təbibə malik idi ki, bir gün İslam alimlərindən olan Əli ibni Hüseynlə mübahisə edir. Xristian dedi: “Sizin səma kitabınızda belə bir ayə vardır ki, Məsihi Allahın bir hissəsi kimi tanıtmışdır”. Sonra yuxarıdakı ayəni oxudu.

Əli isə ona cavab olaraq bu ayəni tilavət etdi. “Göylərdə və yerdə olanları – (varlıq və idarə edilmələri) Onun tərəfindən olanların hamısını sizin xeyirinizə ram etdi. Həqiqətən bunda (bu ram etmədə) düşünən dəstə üçün (Onun tovhid, qüdrət və mərhəmətindən) nişanələr vardır”. (“Casiyə” 13).

Xristian təbib bu ayəni eşidən kimi müsəlman oldu. Harun da bu hadisədən sevindi və Əliyə mükafat verdi”.

Xristianlar atasız dünyaya gələn Həzrət İsaya (ə) uluhiyyəti nisbət vermişdilər. Ancaq yaddan çıxartmışdılar ki, Həzrət Adəmin (ə) də atası və anası olmamışdır. Heç kəs bu xüsusiyyətə görə heç kimə uluhiyyəti nisbət verə bilməz.

Həzrət İsanın (ə) Ruhullah ləqəbi daşıması, İlahi ruhu daşıması mənasındadır - hansı ki, bütün digər peyğəmbərlər (ə) də o ruha malikdir. Amma hörmət nişanəsi olaraq, Həzrət İsaya (ə) bu söz vurğu ilə deyilmişdir. Necə ki, Həzrət İbrahimə (ə) Xəlilullah - Allahın dostu deyilir, hansı ki, bütün rəsullar (ə) Allahın dostudurlar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930