Qiyamət günü sevinənlərdən olmaq üçün
Mьəllif: admin1
Tarix: 17-04-2018, 15:01
Qiyamət günü sevinənlərdən olmaq üçün
Qiyamət günü insanın dünyada etdiyi əməllərin hesabı çəkiləcəkdir. O kəslər ki, dünyada haqq yolunda olublar, yaxşı əməllər yerinə yetiriblər, əməl dəftərləri həsənələrlə doludur – onların əməl dəftərini sağ əlinə verərlər. Bu bəndələr Qiyamət günü sevinər və şad olarlar. (Həvzəh)

“Kimin əməl dəftəri sağ əlinə verilərsə Onunla tez, asan, haqq-hesab çəkiləcək. Və o, yaxınlarının yanına sevinc və şadlıqla qayıdar”. (“İnşiqaq” 7-9).

Bu, böyük səadətdir ki, insan ən yaxın insanlarını behiştdə görsün.

Başqa bir ayədə oxuyuruq: “Əməl dəftəri sağ əlinə verilən şəxs, (sevinclə) deyər: «Alın (ey insanlar), mənim kitabımı (əməl dəftərimi), oxuyun»”. (“Haqqə” 19).

“Beləliklə, (bundan sonra) o xoş güzəran içindədir və sahibi də ondan razıdır. Uca və ali məqamlı bir Cənnətdə (elə bir Cənnətdə ki,) meyvələri yaxındır (belə ki, budaqlar dərən şəxsin iradəsinə tabedir)”. (“Haqqə” 21-23).

“Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər. Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur”. (“Tur” 17-18).

“O gün neçə-neçə üzlər şad-xürrəm olacaq!”. (“Qiyamət” 22).

“Sən onların üzlərində bolluca nemət sevinci və təravəti görərsən”. (“Mutəffifin” 24).

“O gün bir çox üzlər parıldayacaq, güləcək və sevinəcək”. (“Əbəsə” 38-39).

Bəli, bu şadlıq və sevincin səbəbi odur ki, onlar dünyada olan zaman Qiyaməti unutmamış və əməllərinə nəzarət etmişdilər. Bilmişdilər ki, bu əməllərinə görə bir gün hesab verəcəklər. Ancaq o kəslər ki, Firon kimilərin ardınca gedər, bu sevinc və şadlıqdan məhrum olacaqlar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930