Əbu Turab (ə) və “Ey kaş mən də torpaq olaydım” ayəsi
Mьəllif: admin1
Tarix: 29-04-2023, 06:35
Əbu Turab (ə) və “Ey kaş mən də torpaq olaydım” ayəsi
Qurani Kəri Allah Təalanın açıq aydın kitabıdır. Bu ilahı kitab təbii ki, kitabdan xəbəri olanlar üçün açıq aydındır.

Çünki Quranın özünə məxsus bəyanı və söz demə üslubu vardır. Mənası aydın olan ayələrlə yanaşı təfsirə, açıqlamaya ehtiyacı olan ayələr də vardır.

Allahın kitabını da yalnız Allahla rabitəsi olan birisi açıqlaya bilər. Bu səbəbdən Qurana öz rəyi əsasında təfsir vermək yol verilməzdir!

Qurana təfsir yazan təfsirçilər əsasən peyğəmbər (s) və imamların (ə) gətirdiyi açıqlamalar əsasında cild-cild təfsir kitabları yazmışlar.

Bu ayələrdən biri də “Nəbə” surəsinin 40-cı ayəsidir:

وَيَقُولُ الْكَافِرُ يَا لَيْتَنِي كُنْتُ تُرَابًا
(Qiyamət günü) kafirlər deyər: Ey kaş torpaq olaydım! (insan olmayaydım)

Hədislərdə qeyd olunur ki, Allahın Rəsulu buyurdu: “Ey kaş mən torpaq olaydım ayəsində məqsəd budurki, qiyamət günü kafirlər deyər: Ey kaş mən Əbu Turabın yanında, onun yolunda olaydım!”

Qeyd edək ki, Əbu Turab ləqəbi İmam Əliyə (ə) verilmiş adlardandır. Qiyamətin o çətin günündə insanlar deyər ki, kaş mən Əlinin (ə) elmindən, düşüncəsindən, əxlaqından, siyasi baxışından, bütün mərifətindən bəhrələnib, onun (ə) davamçılarından olardım!

Mənbə:

(Təfsiri-bürhan. 4/423)

(Təfsirus-Safi 5/278)

(Təfsiru Nurus-səqəleyn 5/497)

(Məcməul-bəhreyn 1/284)

(Əttəfsirul-hədis 5/107)

(İləluş-şərae 156)

(Biharul-ənvar 32/60)

(Təvilul-ayat 2/761)

(Şəcərət Tuba 2/220)

(Təfsirul-Bürhan 4/423)

(Mustədrəku səfinətul-bəhar 1/476) ...
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031