Əhkamı ələ gətirməyin yolları
Mьəllif: admin1
Tarix: 16-04-2018, 10:41
Əhkamı ələ gətirməyin yolları
Məsələ-9) Mükəlləf dini hökmləri üç yolla ələ gətirib və ona əməl edə bilər:

1. İctihad: Şəri hökmər və ilahi qanunları islam fəqihləri yanında sabit olmuş etibarlı mənbələrdən çıxarışı.

2. Ehtiyat: Şəri hökmləri yerinə yetirməkdə elə əməl edə ki, öz şəri vəzifəsini yerinə yetirməyinə xatircəm olsun. Məsələn, bir sıra müc-təhidlərin haram bildiyi və digər müctəhidlərin haram bilmədiyi işləri yerinə yetirməsin. Həmçinin bəzi müctəhidlərin vacib bildiyi və digərlərinin vacib bilmədiyi əməli yerinə yetirsin.

3. Təqlid: Dini hökmlərdə cameüş-şərait müctehidə (yəni təqlid etmək üçün lazımı şərtlərə malik olan müctehidə, başqa sözlə mərceyi-təqlidlik səlahiyyətlərinə malik olan fəqihə) müraciət etməkdən ibarət-dir. Başqa sözlə desək dini hökmləri onun fətvası və rəyi əsasında yerinə yetirməkdir.

Məsələ-10) Təqlid məsələsinə ləfzi dəlillərdən (Quran və hədislərdən) əlavə, əql də hökm edir ki, dini hökmlərə agah olmayan şəxs cameüş-şərait müctəhidə müraciət etsin.

Məsələ-11) Dini hökmlərdə müctəhid olmayan mükəlləf ya (cameüş-şərait ) müctehidə təqlid etməli ya da ehtiyata əməl etməlidir.

Məsələ-12) Ehtiyata əməl etmək ehtiyatın yerlərini, keyfiyyətini və vaxtın çox sərf olunmasını tələb etdiyi üçün daha yaxşıdır ki, mükəlləf dini hökmlərdə cameüş-şərait müctəhidə təqlid etsin.

Məsələ-13) Üç şərtlə təqlid insana vacib olur:

1. Mükəlləf olsun;
2. Müctəhid olmasın;
3. Mühtat olmasın (ehtiyata əməl etməsin).

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930