Təqlidin hökümləri və həddi buluğun əlamətləri
Mьəllif: admin1
Tarix: 15-04-2018, 10:04
Təqlidin hökümləri və həddi buluğun əlamətləri
Məsələ-1) Mükəlləf gərək gündəlik şəri vəzifələrini yerinə yetirilməsi ona bağlı olan məsələləri öyrənsin; məsələn, namaz, oruc, təharət və müamilatın bəzi məsələləri və s. bu qəbildəndir. Əgər bu hökmləri öyrənməmək səbəbinə hər hansı bir vacibi tərk edərsə və ya hər hansı bir harama düşərsə günahkar olacaqdır.

Məsələ-2) Mükəlləf təklif şərtlərinə malik olan şəxsə deyilir.

Məsələ-3) Təklifin şərtləri: 1-Həddi-büluğa yetişmək (yetkinlik həddinə çatmaq); 2-Əql (ağıl); 3-Qüdrət.

Məsələ-4) Aşağıda göstərilən əlamətlərdən hər biri həddi-büluğun əlamətidir: 1-Övrətin yuxarı hissəsində qalın tüklərin bitməsi; 2-Möhtəlim olmaq (spermanın xaric olması) 3-Oğlanlarda hicri-qəməri tarixi ilə on beş yaşın tamam olması, qızlarda isə bu tarixlə doqquz yaşın tamam olması.

Məsələ-5) Həddi-büluğ əlamətlərindən biri bir şəxsdə müşahidə olunmayınca şəri baxımdan onun həddi-büluğ olmağına hökm olunmur və şəri hökmləri yerinə yetirmək ona vacib deyil.

Məsələ-6) Həddi-büluğ yaşından qabaq qarın altında (övrətin üst nahiyəsində) qalın tüklərin bitməsinə, yaxud möhtəlim olmasına (sper-manın xaric olmasına) ehtimal vermək, həddi büluğ olmasına hökm etmək üçün kifayət deyil.

Məsələ-7) Qızın doqquz yaşından qabaq qan görməsi şəri həddi-büluğ əlaməti deyil.

Məsələ-8) Həddi-büluğ yaşı hicri-qəməri tarixi ilə hesablanmalıdır və bunu hicri-şəmsi (yaxud miladi) tarixi ilə hesablamaq üçün qəməri (ay) və şəmsi (günəş) tarixi arasında olan fərqi ələ gətirmək lazımdır ki, hər bir ay ili (qəməri) 10 gün, 21 saat və 17 saniyə günəş (şəmsi) ilindən azdır.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031