Dünya və axirətdə üzqaralıq gətirəcək bu xislətləri tərk edin – Peyğəmbər (s)
Mьəllif: admin1
Tarix: 13-04-2018, 13:16
Dünya və axirətdə üzqaralıq gətirəcək bu xislətləri tərk edin – Peyğəmbər (s)
İslam dinin 3 əsas əqidə prinsiplərindən olan və üzərində təkidl dayanıldığı məslələrdən biri də qiyamətin bərqərar olmasıdır.

Qiyamət anlayışı və buna etiqad bəsləmək dinin zəruri hökümlərindəndir. Çünki bu etiqad qəbul olunmazsa insanların yaxşı və pis əməllərinin cəzasız qalacağı deməkdir.

Bu da ilahi ədalətlə ziddiyyət təşkil edir. Çünki Allah Təala ədalətlidir və haqqı tapdanan hər kəsin haqqını özünə qaytaracağına vədə verib.

Təbii ki, İslam qanunları öz təsirini yalnız qiyamətdə göstərmir. Bu ilahı qanunlar insanların dünya həyatını və axirətini abad etmək üçündür.

Bu qanunlara tabe olan hər bir kəs həm dünyada, həm də axirətdə üzağ olar. Misal olaraq İslam peyğəmbərinin (s) bir hədisini qeyd edək.

Həzrət Peyğəmbər (s) buyurub: “Mütəal Allah qiyamət günü bu 4 şəxsə rəhmət nəzəri ilə baxmaz:

1) Aqqvalideyn olmaq – Bunlar valideynə hörmətsizlik edib özünü və valideynini utandıran, onları tanıyanlar arasında başı aşağı edən övladdır.

2) Minnət qoyan – Bu şəxslər öz etdikləri yaxşılıq müqabilində minnət vurmaqla qarşı tərəfi kiçildər, bununla bərabər özünü və qarşı tərəfi cəmiyyətdə gözdən salarlar.

3) İlahi qədərə inanmayanlar – Bunun kökündə Allaha etiqad, səbr, etimad, sabitlik durur. Baş vermiş hər hansı hadisəyə ilahi qədər kimi yanaşmamaq insanı üsyana, nifrətə, səbirsizliyə vadar edir.

Bunun da zərəri yalnız insanın özünə və ətrafına toxunur. Halbuki, səbirsizlik baş vermiş hadisəni geri gaytarmır.

4) Şəraba aludəçi olan – Şərab, narkotik və bu kimi insanlığa təhlükəli olan aludəçiliklərin zərəri təbii ki, məlumdur.

Din və ilahi qanunlar insanları axirət əzabı ilə qorxutnaqla kifayətlənmir, həmçinin onun dünya həyatını da nizama salır. (Xisal 1/203)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031