Tovhid nə deməkdir? – Ayətullah Misbah Yəzdi
Mьəllif: admin1
Tarix: 13-04-2018, 09:42
Tovhid nə deməkdir? – Ayətullah Misbah Yəzdi
Tovhid sözü dini mətlərdə ən çox rastlaşdığımız ifadələrdəndir. Bu kəlməni anlamaq üçün öncə lüğəti, sonra isə istilahi baxışda araşdıraq.

Lüğətdə tovhid kəlməsi vahid, tək, yeganə bilmək mənasındadır.

Dini terminalogiyada isə işlənmə manasına və işləndiyi sahəsinə görə müxtəlif cür anlaşılır. Məsələn fəlsəfə, kəlm və ya irfan kimi dini elmi sahələrdə tovhid kəlməsinin özünə məxsus dərin mənaları ifadə edilmişdir.

Bütün bunlarla yanaşı tovhid kəlməsi və tovhid əqidəsi üçün ümümi uyğun mənalar bəyan edilmişdir ki, bunların bəzilərini qeyd edirik:

1)Tovhid – vahid bilmək, sayın inkarı!

Tovhidin ən geniş və aydın mənası Allahın vəhdayiyyətinə, yəni yeganəliyinə iman gətirməkdir. Vəhdaniyyət – yeganəlik.

2) Tovhid – tərkibdən uzaq bilmək!

Buna əhədiyyət də deyilir. Yəni Allahın Əhəd olması. Əhəd hər növ tərkibdən, hissələrdən, əzalardan uzaq olmaq mənasındadır.

3) Tovhid – Allahın müqəddəs zatı ilə, Ona nisbət verilən sifətlərin bu müqəddəs zatdan ayrı olmaması. Məsələn Həyy (diri) olan Allah daima Həyy olub. Məxluqda olduğu kimi sonradan qazanılma deyil.

4) Tovhid – Feldə (işdə) tovhid.

Yəni Mütəal Allah bütün işlərində şəriksizdir. Yardımçıya ehtiyacı yoxdur.

Nəticə: İslam dini tovhid dinidir. İslam dininə görə Allah yeganə, tək, daim var olan, bütün məxluqu şəriksiz olaraq yaradan, ibadətə layiq yeganə məbud, Alim (nəninki bilən, bilməyi öyrədən), misli olmayan, ehtiyacsız, forması olmayan (sübhan-əllah), mürəkkəb olmayan, eşidən, görən, bilən, əvvəli və axırı olmayan yeganə varlıq bilir.

(Ayətullah Misbah Yəzdi-Əqaid)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930