Haram tikə və onun insan üçün yaratdığı ən böyük təhlükə
Mьəllif: admin1
Tarix: 12-04-2018, 14:10
Haram tikə və onun insan üçün yaratdığı ən böyük təhlükə
İnsan yediyi tikələrlə “tək-tikə” böyüyür!

Həqiəqtən insan öz ömrünə, həyatına, arxada qoyduğu günlərə baxdıqda onu bu günə gətirib çıxaran onun dünənidir. Bu gün dünənin üzərində qurulmuşdur.

Xüsusən də qidalar. Bu qidalar maddi də ola bilər, mənəvi də. Hər ikisi bu gün üçün çox önəmlidir. Maddi qidalar insanın bədənini, mənəvi qidalar isə insanın ruhunu qidalandırır və böyüdür.

Bu iki növ qidanın bir-birinə nisbətdə maddi qidalar daha mühüm əhəmiyyətə malikdir. Çünki əti-qanı haram tikələrlə yoğrulmuş, haram tikələrə boya-başa çatmış insan üçün mənəviyyatı qəbul edəcək pak ruhu qalmır.

Nə qədər nəsihət və öyüd deyilsə belə, qəlb bu həqiqətləri qəbul etməyə hazır olmur. Bunun misalı olaraq İmam Hüseynin (ə) Kərbəlada dediyi sözləri nümunə gətirmək olar. İmam (ə), Alah dininə qarşı çıxanlara xitab edərək buyurdu:

“Vay olsun sizə niyə danışmağa imkan vermirsiniz?! Mən sizi düz və hidayət yoluna çağırıram. Mənə itaət edən hidayət olar.

Mənə qarşı üsyankar olan məhv olar. Sizin hamınız günahkarlarsız. Sizi haramla yedizdiriblər. Qarınlarınız haramla doludur. Buna görə bir şey anlamırsınız. Heç bir ibadət də sizə (müsbət) təsir etmir. Haram mal sizə mənə qulaq asmağa imkan vermir.”

Göründüyü kimi haram tikə ilk öncə insanın mənəvi gözünü kor edir, onu Allahdan tam qəflətə salır. Onu həqiqi bədbəxtə çevirir. Sonra isə ən böyük bəlası ilə üz-üzə qalır. Bu bəla onun yaramaz övladıdır!

İmam Sadiq (ə) buyurur:

“Haram tikənin təsiri nəsildə aşkar olar.” (Furu-kafi. 1/363)

Yaxud İmam Baqir (ə) buyurur:

“İnsanın yediyi haram tikə onun nütfəsində təsir qoyur”.

İnsan yediyi tikələrlə böyüyür. Həmin tikələrlə onun bədəni pormalaşır. Sonra bu bədəndən ayrılmış bir parcadan övladı dünyaya gəlir. Bu haram övladın bədəninə keçdiyi kimi ruhuna da hopur.

Çünki inkar olunmaz bir fakdır ki, ruhun bədənlə rabitəsi vardır və insan şəxsiyyəti və keyfiyyəti fiziki bədənlə yox mənəvi keyfiyyətlərlə ölçülür. Valideynin övlada irs olaraq ötürdüyü bu mənəvi yoxsulluq bütün həyatı boyu onunla bərabər olur.

Bu səbəbdən haram tikədən çəkindirmək İslamın, xüsusən də Quranın təməl pirinsiplərindəndir:

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun” (Təhrim-6)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930