“Qəbrimin torpağından türbət kimi istifadə etməyin. Çünki torpağı yemək haramdır, cəddim İmam Hüseynin (ə) türbətindən başqa...” - İmam Kazımın (ə) son buyuruşlarından
Mьəllif: admin1
Tarix: 12-04-2018, 14:07
“Qəbrimin torpağından türbət kimi istifadə etməyin. Çünki torpağı yemək haramdır, cəddim İmam Hüseynin (ə) türbətindən başqa...” - İmam Kazımın (ə) son buyuruşlarından
O zaman ki, xəlifə məmurları Həzrət Musa ibni Cəfəri (ə) Mədinədən İraqa tərəf aparmaq istəyirdilər, İmam Kazım (ə) oğlu İmam Rzaya (ə) göstəriş verir ki, şəhadət xəbəri gələnə qədər yatağını onun yataq otağının qarşısında sərsin.

Həzrətin (ə) xadimi nəql edir: “Mən hər gün İmam Rzanın (ə) yatağını İmam Kazımın (ə) yataq otağının önündə sərirdim. İmam (ə) gəlirdi və yatırdı.

Bu cür dörd il keçdi. Bir gecə yatağı sərdim, ancaq İmam Rza (ə) yatmaq üçün gəlmədi. Bütün ev əhli qorxu içində idi və qəmgin olmuşdu. Hamı düşünürdü ki, İmam Rza (ə) görəsən hara gedibdir?

Sabahısı günü İmam Rza (ə) gəldi və İmam Kazımın (ə) həyat yoldaşlarından biri olan Ümmi Əhmədin yanına getdi və buyurdu: “Ey Ümmi Əhməd! Atamın sənin yanında qoyduğunu mənə təhvil ver!”.

Bu zaman Ümmi Əhməd ağlamağa və üz-gözünə döyməyə başladı. Dedi: “Mövlam və sərvərim şəhid olmuşdur”.

İmam (ə) buyurdu: “Sakit ol, hələ ki, atamın şəhadət xəbəri yayılmayıb, sükut et!”.

Ümmi Əhməd sakitləşdi və bir sandıq gətirdi, yanında da iki min dinar var idi.

İmama (ə) təhvil verib dedi: “Atan İmam Musa (ə) bunları mənim yanımda qoymuşdu və buyurmuşdu: “O zamana qədər ki, şəhadət xəbərimi eşitməmisən, bu şeylərə nəzarət et və saxla.

Mənim qətl xəbərimi eşidəndə oğlum Rza (ə) yanına gələcəkdir. Onu səndən tələb edəcəkdir. Onların hamısını təhvil ver. Bil ki, o, məndən sonra bütün xəlqə Allah Təala tərəfindən hüccət və imamdır”””.

İmam Həsən Əsgəri (ə) İmam Kazım (ə) haqqında başqa bir hədisi bizlərə nəql etmişdir. Həzrət (ə) buyurur: “İmam Kazım (ə) şərəfli ömrünün sona çatmasına üç gün qalmış zindan nəzarətçisi olan Musəyyibə buyurur: “Mən üç gün sonra Allaha tərəf gedəcəyəm.

Bu alçaq və çirkin şəxs iddia edir ki, mənim kəfən və dəfn mərasimimi yerinə yetirəcəkdir. Ey Müsəyyib! Bil və agah ol ki, bu iş mümkünlü deyildir.

Oğlum Əli ibni Musa Rza (ə) məni kəfənləyib, dəfn edəcəkdir. Cənazəmi Qureyş qəbiristanlığına aparacaqlar, qəbrin daxilində mənim üçün baş tərəfini düzəldin. O zaman ki, qəbirdə qərar tutdum, çalışın qəbrimi yüksək etməyin.

Qəbrimin torpağından türbət kimi istifadə etməyin. Çünki torpağı yemək haramdır, cəddim İmam Hüseynin (ə) türbətindən başqa”.

Müsəyyib nəql edir: “Üçüncü gün gəlib çatan zaman Həzrətin (ə) şəhadət anları yaxınlaşdı. Oğlu İmam Rza (ə) ki, məni onu əvvəlcədən tanıyırdım, gəldi və mərasimin sonuna qədər orada oldu.

İmam (ə) oğlu İmam Rza (ə) tərəfindən Qureyş qəbiristanlığında əvvəlcədən satın aldığı otaqda dəfn olundu”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930