Həzrət Xızırdan (ə) hikmət dolu tövsiyələr
Mьəllif: admin1
Tarix: 10-04-2018, 15:44
Həzrət Xızırdan (ə) hikmət dolu tövsiyələr
Həzrət Xızırla (ə) Musa peyğəmbərin (ə) əhvalatı Qurani kərimdə “Kəvf” surəsində açıq şəkildə bəyan edilmişdir.

Hz. Xızır (ə) bəzi təfsirçilərin rəyinə görə peyğəmbər, bəzilərinin rəyinə əsasən hikmət verilmiş kəslərdəndir. Bu ki böyük şəxsin (ə) Qurandakı əhvalatı sanki insanlara mənəvi məqamlardan danışır, insanlar arasındakı mənəvi məqamların fərqini izah etmək istəyir.

Hz. Musa (ə) böyük ulul-əzm (şəriət sahibi) peyğəmbərlərdəndir. Allah Təala bu əhvalatla insanın nə qədər məqama yüksəlsə belə, yenədə Mütləq olan Allah qarşısında acizliyini, ucalmağa ehtiyacı olduğunu çatdırır. Necəki İslam peyğəmbərinə (s) buyurur:

“Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!” (Fəth-2)

Təfsir alimləri yekdilliklə bu qənaətdədirlər ki, bu ayədəki günahlardan məqsəd mənəvi məqamların fəthi mənasındadır. Çünki bütün peyğəmbər və imamlar (ə) məsum, yəni günahdan uzaqdır.

Hz. Xızırın (ə) Musa (ə) peyğəmbərlə əhvalatı Quranda qısa şəkildə bəyan edilir. İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisdə Hz. Xızırın (ə) Musa (ə)-a bir nəsihəti qeyd olunub. İmam (ə) buyurdu:

“Hz. Xızırın Musa (ə) peyğəmbərə sonuncu sifarişi bu oldu ki:

1) Günahına görə heç kəsin abrını aparma!

2) Bil ki, Allah yanında ən sevimli iş bunlardır:

Nemət əldə etdikdə orta həddi qorumaq,

Qudrət əldə etdikdə bağışlayan olmaq,

Allah bəndələri ilə keçinmək. Bu dünyada bəndələrlə keçinməyəni, qiyamətdə Allah da keçirməz (bağışlamaz).

3) Bil ki, hikmətin əvvəli Allah qorxusudir!”

(Şeyx Səduq. Xisal 1/111)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930