Alim öləndən sonra da mövzuya şərh verdi
Mьəllif: admin1
Tarix: 10-04-2018, 15:38
Alim öləndən sonra da mövzuya şərh verdi
Ağa Seyyid Ziyyaddin Dərri, bir nömrəli vaizlərdən olmuşdur. Həyatının son illərində minbər başında olan zaman bir cavan ona bir sual verir.

Məhərrəm ayının 7-si və ya 8-i idi. O, Hafizin şeirindən bir beyt oxuyur və onu mənalandırmasını istəyir.

Şeirdə deyilirdi: “Qoca Muğanam ki, məndən incimə, ey Şeyx. Çünki vədəni sən etdin, o, yerinə yetirdi”.

Ağa Dərri şeiri belə mənalandırır: “Həzrət Adəmə (ə) buğda ağacından buğda yemək qadağan edilmişdi. Ancaq Əmirəl-möminin (ə) bu qadağaya ömrünün axırına qədər riayət edərək, o vədəyə əməl etdi.

Hafizin bu beytdə xitab etdiyi Şeyx – Həzrət Adəmdir (ə) ki, behiştdə buğda ağacından yeməyəcəyini vədə vermişdi, ancaq ona əməl etməmişdi.

Allahın əmrindən yayınmışdı. Qoca Muğan isə Əmirəl-Möminindir (ə) ki, bütün ömrü boyu buğda çörəyi yemir. Onun vədəsinə əməl etməməsinin əvəzini verir”.

İlin sonunda bu alim vəfat edir. Bir il sonra həmin zamanda, yəni Məhərrəm ayında cavan yatıb, yuxuda həmin alimi görür. Mərhum Dərri onun yanına gəlir və deyir:

“Ey cavan! Sən keçən il bu vaxtda məndən Hafizin şeiri barəsində sual vermişdin. Mən də sənə cavabını verdim. Amma bu aləmə gələndən sonra başqa bir məna mənim üçün aşkar oldu.

Hafiz, Şeyx dedikdə Həzrət İbrahimi (ə) nəzərdə tutmuşdur. Qoca Muğan isə Həzrət Seyyidi-Şühədadır (ə). Həzrət İbrahim (ə) Allaha vədə verir ki, oğlu İsmayili (ə) qurban edəcəkdir. Ancaq həqiqətdə həmin vədəni İmam Hüseyn (ə) əziz oğlu Həzrət Əli Əkbəri qurban etməklə yerinə yetirmişdir”.

Cavan yuxudan ayılır və sabahısı günü məclisdə minbərə qalxıb yuxusunu danışır və hamı bu şərhdən çox təsirlənir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031