Xanımların kişilərdən gözlədiyi davranış
Mьəllif: admin1
Tarix: 9-04-2018, 20:51
Xanımların kişilərdən gözlədiyi davranış
Hisslər xanımlar üçün geniş bir məna kəsb edir. Xanım öz həyat yoldaşına etimad etmək istəyir. Əmin olmaq istəyir ki, onu qoruya və onun üçün əmin bir məkan hazır edə biləcəkdir.

Xanım istəyir ki, sevdiyi insan hər bir şəraitdə, çətin və böhranlı anlarda belə, onu müdafiə və himayə etsin.

Xanımların nəzərinə görə, kişi öz ayaqlarının üzərində dayanmağı bacarmalıdır. Maddi vəziyyəti normal olmalıdır və himayə göstərmək baxımından kifayət qədər gücə malik olmalıdır. Əgər xanım bilsə ki, həyat yoldaşı ona həqiqi məhəbbət bəsləyir – bu zaman dünyanın heç bir neməti gözündə dəyər əldə etməz.

Xanım istəyir ki, həyat yoldaşı:

1. Qulaq asmağı bacaran olsun. O zaman ki, kişi xanımının sözlərinə səbirlə qulaq asar – bu, bir növ sübut olar ki, həm sevir, həm də hörmət edir. Adətən xanımlar kişilərdən daha çox danışarlar. Onlar bu danışıqları ilə aralarında olan rabitəni əslində möhkəmləndirmək istəyərlər.

2. Mehriban olmaq. Xanım istəyir ki, həyat yoldaşının diqqəti onda olsun. Ən kiçik hədiyyə belə, xanımı xoşbəxt edə bilir. Bir kiçik gül dəstəsi xanıma o qədər xoşbəxtlik hissi verir ki, onu sözlə izah etmək mümkün deyildir.

3. Məhəbbəti təzahür etmək. Bəzən xanımlar bəzi mövzulara qarşı çox həssas olurlar. Ona görə də kobud rəftar nümayiş etdirə bilərlər. Kişilər belə halda gərək səbirli olsunlar. Əksinə, onlara sevgi göstərsinlər. Bu əməlin xanımın ruhi halına çox müsbət təsiri vardır. Çünki dərk edirlər ki, onu sevən bir insan vardır.

4. Sirlərinin məhrəmi olmaq. Bəzi xanımlar öz hisslərini büruzə verə bilmirlər. Bəzən ürəklərində olan sirri ərləri ilə paylaşa bilmirlər. Kişi ailədə gərək elə şərait yaratsın ki, xanım ərini öz dostu hesab etsin və sirlərinin məhrəmi qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031