Din üçün ixlas və Allah üçün ixlas – fərqi nədir?
Mьəllif: admin1
Tarix: 9-04-2018, 20:46
Din üçün ixlas və Allah üçün ixlas – fərqi nədir?
Əzab qorxusundan Allaha ibadət etmək zahidliyiə gətirib çıxardar. Yəni, axirətdə nicat tapmaq üçün dünya ləzzətlərinə göz yumursan. Ona görə də zahidin işi odur ki, haramlardan uzaq olsun.

O kəsin ki, behiştə tamahı vardır – bu tamahı onu ibadət etməyə və saleh əməllər görməyə vadar edər ki, axirət nemətlərinə çata bilsin. Ona görə də deyə bilərik ki, abidin işi budur ki, ibadət etsin və vacibatları yerinə yetirsin.

Xülasə, qorxu zahidi vadar edər ki, günahı tərk etsin. Tamah abidi vadar edər ki, ibadət edib, saleh əməllər yerinə yetirsin. Bu iki yol insanı din üçün ixlaslı olmağa vadar edər, amma hələ ki, Allah üçün deyil.

Çünki həqiqi ixlasın yolu – sevgi və məhəbbətdən keçir. O işi düşmən bilmək ki, Allah düşmən bilir. Allahın razı olduğuna razı olmaq və qəzəbləndiyinə qəzəblənmək.

Onun qəlbi ancaq Allaha diqqət edər. Övladı, mal-dövləti onun nəzərində olmaz. Qəlbi tamamilə Allaha məxsusdur.

Ona görə də bu insan o işləri sevir ki, Allah sevir. Bu məhəbbət bir nura çevrilir ki, əməl yolunu onun üçün aydın edir.

“Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?!”. (“Ənam” 122).

Dünyadakı bütün varlıqlar və baş verən bütün hadisələr onun gözündə gözəldir. Çünki bütün bunlarda Allah rəhmətinin nişanələrini görər. Bu insan dünya qəmi çəkməz.

Elə bir mənəvi ləzzətə qərq olubdur ki, orada qorxuya yer yoxdur. “Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar. O kəslər ki, iman gətirib həmişə (günahlardan) çəkinirdilər”. (“Yunus” 62-63).

“İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxtanrılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır”. (“Ənam” 82).

Bu insanlar həmin müqərrəbinlərdir ki, İlahi qürb məqamına çatıblar.

Onunla Allah arasında heç bir hicab və maneə yoxdur. Çünki onların Allaha elmul-yəqinləri vardır.

“Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz, şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz)”. (“Təkasur” 5-6).

“Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz)”. (“Maidə” 105).

Bəli, məhz bunlardır həqiqi muxlislər. Çünki əməllərindən muxlis olduqları kimi, əxlaqlarında da muxlisdirlər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930