Quranda adı keçən və təhdid edilən “Əshabul-uxdud” kimlərdir?
Mьəllif: admin1
Tarix: 9-04-2018, 10:47
Quranda adı keçən və təhdid edilən “Əshabul-uxdud” kimlərdir?
Qurani Kərimin ali hədəfi insanlara öz Rəbbini tanıtması və Allahın rizasını qazanmağın yolunu göstərməsidir. Quran insanın bu ali hədəfə yetişməsi üçün müxtəlif təbliğ vasitələrindən, yanaşmalardan istifadə edir.

Məsələn bir başa hər hansı bir hökmü zikr etməklə, yaxud yaradılışdakı əsrarəngizlikləri xatırlatmaqla, yaxud tilavəti ilə qəlblərə nur və aydınlıq bəxş etməklə. Bu vasitələrdən biri də tarixi hadisələri qeyd etmək və bununla insanları ibrətə və təfəkkürə sövq etməkdir.

Bu kimi tarixi və diqqət edib ibrət alınası hadisələrdən biridə Buruc surəsində qeyd olunan “Əshabul-Uxdud” əhvalatıdır. Uxdud sözü xəndək mənasındadır və Quranın buyurduğuna görə xəndək-sahibləri iman gətirən möminləri xəndəyə atıb yandırırdılar.

Özləri də odun kənarında dayanıb tamaşa edirdilər. Quran odda yandırılan bu insanların bu cür yandırılmasının tək səbəbini Allaha iman gətirmələri olduğunu bildirir.

Hawzahnews- saytı Quranda adı keçən Xəndək-sahiblərinin kimliyi barədə izah vermək üçün Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb:

Sual: Əshabul-uxdud (xəndək-sahibləri) kimlərdir?

Cavab:

Əshabul-uxdud barəsində müxtəlif fikirlər qeyd olunub və bunların izahında da bəzi fikir ayrılıqları mövcuddur.

Əli ibn İbrahimin təfsirində qeyd olunur ki, Həbəş krallarından biri nəsrani əqidəsində olan Nəcran sakinlərini məcbur şəkildə yəhudiliyi qəbul etmələrini istəyirdi.

Lakin nəsranilər bundan imtina edirdilər. Həbəş kralı etiraz edənləri cəzalandırmaq üçün xəndək qazdırdı və içini odunla doldurub, yandırdı. Yəhudiliyi qəbul etməyənlərin bəzisi qılıncla öldürülür, bəzisi isə xəndəkdə yanan böyük odun içinə atılırdı. Beləcə 20minə yaxın insan qətl edildi.

“Qəsəsul-ənbiya” kitabında İmam Sadiq (ə) Hz. Əlidən (ə) nəql edir ki, Allah Təala həbəşli bir peyğəmbəri qövmünü doğru yola dəvət etmək üçün onlara göndərdi. Peyğəmbər onları Allahın dininə dəvət edirdi.

Qövmündən kafir olanlar iman gətirənlərlə döyüşdü və möminləri məğlub edib içində yanar tonqal olan xəndəyə tökürdülər. Hətta deyirdilər kim bu peyğəmbərdən üz çevirsə azaddır, ondan dönməyənlər isə odda yandırılacaq. Beləcə böyü bir kütlə peyğəmbərdən üz çevirdi, çoxlu sayda insan isə oda atılıb yandırıldı.

Qeyd edək ki, Nəcran hazırda Səudiyyənin Yəmənlə sərhəddində yerləşən bir əyalətdir.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031