Qəbul olmayan tövbə
Mьəllif: admin1
Tarix: 11-05-2023, 12:20
Qəbul olmayan tövbə
Həzrət Əba Abdullah (ə) nəql edir: “Keçmiş zamanlarda bir kişi vardı ki, dünyanı halal tərəfdən axtarır və onu əldə edə bilmir. Sonra haram tərəfdən axtarır və yenə də əldə edə bilmir.

Şeytan (lən) onun yanına gəlir və deyir: “Ey filankəs! Dünyanı halal və haram yolla istədin və ona çatmadın. İndi istəyirsənmi ki, səni elə bir şeyə hidayət edim ki, dünyan abad olsun?”.

O kişi deyir: “Bəli”.

Şeytan deyir: “Yeni din ixtira et və insanları ona dəvət et”.

O kişi elə də edir və insanları dəvət edir. İnsanlar da onun dəvətini qəbul edirlər və ona itaət edirlər. Bir qədər keçir, o kişinin dünyası abad olur və çoxlu sərvət nəsibi olur. Lakin qəflətən özünə gəlir və deyir: “Bu din ki, ixtira edib insanları ona dəvət etmişəm, onun üçün tövbə görmürəm. Məgər o halda ki, yolundan azdırdığım insanların sorağına gedəm və onları dəvət etdiyim bu dindən qaytaram”.

Ona görə də səhabələrinin yanına gedir və deyir: “Sizi dəvət etdiyim şey batildir. Mənim özüm onu düzəltmişəm, Allahın dini deyildir”.

Onlar deyirlər: “Yalan deyirsən, haqq elə odur. Sən dinində şəkk edirsən və ondan dönmüsən”.

Kişi halı belə görəndə bir zəncir tapır və ona mismar vurur. Zənciri boynuna salıb mismarı da torpağa vurur. Deyir: “Zənciri boynumdan açmayacağam o zamana qədər ki, Allah tövbəmi qəbul etsin”.

Allah da həmin dövrün peyğəmbərinə vəhy edir ki, o şəxsə de: “İzzət və Böyüklüyümə and olsun ki, əgər Məni o qədər çağırsa ki, sümüklərinin hissələri bir-birindən ayrılar, cavabını vermərəm, məgər o halda ki, bütün o kəslər ki, onun dini ilə dünyadan gediblər dirilsinlər və onları batil dindən geri döndərsin”.

Allah Təala bizləri Onun yolundan sapmaqdan Özü qorusun!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031