İnsanın özünü tərbiyəsi üçün Ayətullah Behcətin (r) əməli göstərişləri
Mьəllif: admin1
Tarix: 6-04-2018, 21:45
İnsanın özünü tərbiyəsi üçün Ayətullah Behcətin (r) əməli göstərişləri
1.Allahın adı ilə

Əlhəmdulillahi Rabbil-aləmin. Vəs-salətu əla səyyidin-əl-ənbiyai vəl-mursəlin və alihi sadatil-əvsiyait-tahirin və əla cəmii-itrətil-məsumin, vələnid-daim əla ədaihim əcməin.

Bir qrup insan məndən moizə və nəsihət istəyir. Əgər onların məqsədi budursa ki, biz deyək, onlar təkcə eşitsinlər, sonra bir başqa dəfə, bir başqa vaxt yenə biz deyək, onlar eşitsinlər, elə isə xəbəri olanlara gizli deyil ki, mən həqir onların bu istəyini yerinə yetirməkdə acizəm.

Əgər onlar hər iki dünayada mütləq səadət üçün kifayət edəcək bir “ümmül-kəlam” (həlledici söz) deməyimi istəyirlərsə, (bilin ki) onu həqirin bəyanından çıxarıb sizə çatdırmağa yalnız Allah qadirdir.

Ərz edirəm ki, yaradılşda məqsəd bəndəlikdir.

“Biz cinləri və insanları yalnız bizə ibadət etsinlər deyə yaratdlq” (“Zariyat” surəsi, ayə 56)

Bəndəliyin həqiqəti qəlbdə etiqadla, bədəndə (zahirdə) əməllə günahı tərk etməkdir. O, adət halına keçməyincə, davamlılıq və riayətlə, hər hal, hər zaman, hər məkanda - camaat arasında, gizlində Allahı xatırlamaqla hasil olmaz.

“Sübhanəllah vəlhəmdulillah” deməklə deyil, halal-harama riayət etməklə Allaahı zikr et.

Biz İmam Zaman ağanı (Allah onun zühurunu tezlətsin) ona görə sevirik ki, onun vasitəsilə əmrlər bizə çatır. Onu Peyğəmbər (s), bizim üçün başçı təyin edib.

Həzrət Peyğəmbəri (s) ona görə sevirik ki, Allah Təala onu bizimlə Öz arasında vasitə qərar verib. Allahı ona görə sevirik ki, bütün xeyirlərin mənbəyidir, mümkünlərin (xəlq olunmuşların) vücudu Onun feyzidir.

Əgər özümüzü və kamalı istəyiriksə, Allahı sevməli, Allahı seviriksə feyz vasitələrini - nəbi və vəsini sevməliyik. Yoxsa, ya özümüzü, ya “Vahibül-ətaya”nı, ya da feyz vasitələrini sevmirik. Səadətin iksiri - Allahı yad etməkdir.

O, (bədənləri) əzələləri mütləq səadətin səbəblərinə doğru hərəkət etdirəndir. Feyz vasitələrinə təvəssül etmək Onun təyin etdiyi ehsan mənbəyidir. Kama çatmaq üçün onların hidayəti ilə hidayət olmalı, yolumuzu onların rəhbərliyi altında getməliyik.

Artıq izah istəməyin. Ərz olununanı yazın, qəlbinizdə qeyd edin. O, öz- özünü izah edəcək. Əgər “nə üçün özün əməl etmirsən” desəniz, onda deyirik:

Əgər “əməl edənik, hər şeyi bilirik” deməli olsaydıq, bəlkə də burada deyildik və bu bəyan olmazdı. Lakin göstəriş nemətin toxumudur, bəlkə məqsədə çatıdırdı.

Gizli qalmasın ki, əgər müyəssər olsaydı, əməli nəsihət sözlə deyilən nəsihətdən daha üstündür.

2. Allahın adı ilə

Böyüklü-kiçikli bilməliyik ki, dünya və axirət səadəti üçün yeganə yol - böyük Allaha bəndlikdir. Bəndəlik, etiqad və əməldə günahı tərk etməkdir.

Bildiklərimizə əməl edək. Bilmədiklərimizdə, məlum olanadək dayanıb ehtiyat edək. Belə olsa, heç vaxt peşmanlıq və zərər bizə yol tapmayacaq. Əgər bu əzm bəndədə sabit və möhkəm olsa, böyük Allah onu müvəffəq edəcək, yardımçı olacaq.
3.Allahın adı ilə

Dedim: Əlif,

Dedi: Sonra?!

Dedim: Heç.

Evdə bir nəfər varsa, bir hərf bəs edər. Dəfələrlə demişəm, yenə deyirəm: hər kəs bilsə ki, Allah Onu yad edənlə yoldaş olur, heç bir möizəyə ehtiyacı qalmır. Bilir ki, nəyi etməli, nəyi etməməlidir. Bilir ki, bildiklərini yerinə yetirməli, bilmədiklərində ehtiyat etməldir.

Vəs-salamu ələykum və rəhmatullahi və bərəkatuh.

4.Bismilləhir-rahmənir-rahim.

Əlhəmdulillahi Rəbbil-aləmin. Vəs-salatu əla səyyidin-əl-ənbiyai vəl-mursəlin və alihi sadatil-əvsiyait-tahirin və əla cəmii-itrətil-mə`sumin, vəl`ənid-daim əla ə`daihim əcməin.

Mömin və möminələrədən ibarət (bir qrup) camaat möizə istəyir. Bu istəyə iradlar var, o cümldən:

1) Nəsihət cüziyyata aiddir. Moizə cüziyyat və külliyatın hər ikisinə aiddir. Tanımayanlar bir-birlərinə nəshiət etməzlər.

2) Bildiyinizə əməl edin, bilmədiyinizdən isə sizə aydın olunca ehtiyat edin. Aydın olduqdan sonra bilin ki, bəzi məlumatları ayaq altına atmısınız.

Qeyri-amildən (əməl etməyəndən) moizə tələb edilsə, etiraza yer var. Qəti olaraq moizə eşidibsiniz, bilirsiniz, (amma) əməl etməmisiniz. Yoxsa aydın olardınız.

3) Hamı bilir ki, “Risaleyi-əməliyyə”ni götürüb oxumaq, anlanmaq və əməldə tətbiq etmək lazımdır. Halal-haram onunla ayrılır. Şəri dəlillər də həmçinin. İstinbat əhli isə, “bilmirik nə edək və etməyək” deyə bilməzlər.

4) Əqidə bəslədiyniz (etimad etdiyiniz) adamın əməllərinə baxın. Onun ixtiyarlı olaraq etdiklərini edin, ixtiyarsız etdiklərini etməyin. Bu, ali məqsədlərə çatmaq üçün ən yaxşı yollardandır.

Əməllə olan moizə, sözlə deyilən mozilərdən daha üstün və daha təsirlidir.

5) Aydın məsələlərdəndir ki, Quranı hər gün oxumaq, münasib vaxt və yerlərdə dualar, təqibat və sairlər; məscidlərdə çox qalmaq, müqəddəs məkanları müşahidə etmək, alimləri, salehləri ziyarət etmək, onlarla bir yerdə olmaq - Allahın və Onun Rəsulunun (s) razı olduğu əməllərdəndir.

Günbəgün bəsirəti, ünsü, ibadəti və tilavəti çoxaltmağa riayət olunsun. Deyilənlərin əksinə olaraq, qəflət əhli ilə çox oturub-durmaq qəlbi daşlaşdırır, qaraldır, ibadət və ziyarətlərdən (bezdirib) uzaqlaşlaşdırır.

Zəif imanlı şəxslərlə yoldaş olduqdan sonra ibadət, ziyarət və tilavətlərdən aslı olan yaxşı əməllər nöqsanla əvəz olur. Zəruri və hidayət məqsədi istisna olmaqla imanı zəif olanla yoldaşlıq yaxşı adətlərin itirilməsinə səbəb olur, hətta onun pis əxlaqı öyrənilir.

6) Aydın məsələlərdəndir ki, etiqadda və əməldə günahı tərk etmək onu, Allahdan qeyrisindən ehtiyacsız edir. Yəni o, başqasına möhtac deyil, başqası ona möhtacdır, (günahı tərk etmək) yaxşı əməllər doğurur, günahların qarşını alır.

7. Allahın adı ilə

Həzrət Əlinin (ə) kəlamından: “Sənin hər bir əməlin namazına tabedir”.

Beşlik təşkil edən namazı əvvəl vaxtda qılmağı, bütün vücudunuzla Allaha tərəf diqqət etmənizi sizə tapşırıram. (Bu surətdə) Səadəti əldən verəməyəcəksiz, inşaallah təala.

8.Allahın adı ilə

Bir qrup camaat var ki, münasib əməllərə müqəddimə sayılan moizə, xitab və nitq ilə (zi-müqəddimə) “müqəddimə” sahibi kimi davranırlar. Sanki “deyib eşitmək üçün deyib eşitməyə” göstəriş verilib. Bu, bir səhvdir.

Təlim vermək və təlim almaq əməl etmək üçün münasibdir, (onu yerinə yetirmək vəzifəsindən azad olmaq olmaz). Bu mətləbi başa düşmək və ona rəğbətləndirmək üçün buyurublar:

Əməllə desinlər, əməldən öyrənsinlər və əməli olaraq eşitsinlər. Bəziləri müəllimə təlim keçmək istəyir. (Müəllim) Hətta təlimin necəliyini şagirdən öyrənməlidir?! Bəziləri “İltimasi-dua” (dua istəyirəm) deyirlər.

Deyirik ki, “nə üçün?” Dərdi bəyan edirlər, dərmanı göstəririk, tanıtdırırıq. Təşəkkür edib əməl etmək yerinə, yenə də “dua edin” deyirlər.

Dediklərimiz onların istəklərindən uzaqdır (uyğunlaşmır). Duanın şərtini onun özü ilə qarışdırırlar. Biz öhdəliyimizdə olan vəzifəmizdən xaric ola bilmərik. Əməldən nəticə çıxarmalıyıq.

Əməlin nəticəsiz və nəticənin əməlsiz hasil olması mahaldır. (Nəticəsi) Belə olmasın: “Məsləhət sorağında məclis bəzədilər. Oturdular, danışdılar və qalxdılar”.

Allah etsin ki, çox danışanlardan yox, çox əməl edənlərdən olaq. Belə olmasın ki, elmsiz əməl üçün hərəkət edək və elm ilə dayanaq. Bildiklərimizi yerinə yetirək, bilmədiklərimiz də məlum olunca dayanaq.

Qəti olaraq bu yolda peşmançılıq yoxdur. Bir-birimizə deyil, şəriət dəftərinə baxaq. Ona uyğun olaraq əməl edək və (ona uyğun olmayan əməli) tərk edək.

Vəs-səlamu ələykum və rəhmətullhahi və bərəkatuh

9. Moizə tələb edənlərdən sual olunur: inidiyədək eşitdiyiniz moizələrə əmələ etmisiniz, yoxsa yox?! Bilirsiniz ki, hər kəs məlum olanlara əməl etsə, Allah Təala ona məchulları da məlum edər.

Əgər məlum olan məlumatlara ixtiyarlı olaraq əməl etməsələr, çoxlu məlumat tələb etməyə layiq olarlarmı?! Haqqa dəvət dil ilə (sözlə) olmalıdır?! Buyurmayıblar ki, öz əməllərinizlə haqqa dəvət edin. Təlim üsulunu öyrətməliyik, yoxsa öyrənməli?! Bu sualların cavabı Qurani-Kərimdə olmur?!

Məsumun (ə) kəlamından aydın olmurmu?!

Allah Təala bizə tövfiq mərhəmət buyursun ki, bildiklrimizi ayaq altına atmayaq və bilmədiklərimiz məlum olanadək ehtiyat edək. Onlar kimi olmayaq ki, deyirlər: “Məsləhət üçün məclis bəzədilər, oturdular, dedilər, qalxdılar”.

10. Allahın adı ilə

Hamımız bilirik ki, zatən Qəni və bəndələrin imanına ehtiyacı olmayan Allahın razılığı ondadır ki, bəndələr həmişə Ona yaxınlaşmaq məqamında olsun.

Bilirik ki, bəndələr istək üçün lütf qaynağına yaxınlaşmalı və bu yaxınlaşmanı davam etdirməli, Onu məhəbbətlə xatırlamalı və O, davamlı olaraq xatırlanmalıdır. Bilirik ki, Onu xatırlamaqla məşğul olmaq məqamı, Ona yaxınlaşmağımız üçün faydalı olacaq.

Nə qədər Ona itaət və xidmət edib çalışsaq, bir o qədər də Ona yaxınlaşıb faydalanacağıq. Bizimlə Səlman (salamullahi ələyh) arasında itaət və Allahı yada salmaq məqamında fərq olacaq.

Dünyada bir sıra əməlləri yerinə yetirdikdə çətinliyə (məşəqqətə) düşəcəyimizi biliriksə, onda onu da bilməliyik ki, onların hər biri Allahın razılığınının səbəbidir, (Ona) xidmət, itaət və ibadət hesab olur.

Bilməliyik və hədəf bu olmaldır ki, qürbün mümkün olan son dərəcəsinə çatmaq uğrunda ömrümüz boyu Allahı xatırlamaq, Ona itaət və ibadət etmək üçün sərf olmalıdır. Yoxsa bəzilərini yüksək məqamlara çatan gördükdə səbəbsiz olaraq geridə qalmış olsaq, peşman olacağıq.

11. Allahın adı ilə

Əlhəmdulillahi Rəbbil-aləmin. Vəs-salatu əla səyyidin-əl-ənbiyai vəl-mursəlin və alihi sadatil-əvsiyait-tahirin və əla cəmii-itrətil-mə`sumin, vəl`ənid-daim əla ə`daihim əcməin.

“Ağıl sahiblərinə gizli deyil ki, məxluqatın hərəkət etmək üçün əsasnaməsini, ehtiyaclı olduğu mühərriki (hərəkətləndiricini) tanımaq təşkil edir”.

“Ma minh əl-hərəkə və ma iləyh əl-hərəkə və ma ləhu əl-hərəkə“ ilə tanışlıq - yəni hər an hərəkətdə olan yaranmışların başlanğıcı, sonu və hansı hədəfə doğru hərəkət etməsini bilməkdir.

Alim və cahilin arasında fərq - hadisələrin əlacını taınmaq və tanımamaqdan ibarətdir. Aqibətdə məqamlarının fərqi ilk növbədə onların elm mərtəbəsinin fərqinə görədir.

Hərəkətvericini tanıyıb hərəkət edənlərin nizamlı hərəkətindən Onun gözəl tədbirli və hikməti olduğunu bildiksə, bütün diqqətimiz Onun təkvini (fitrətdə yaratdığı) və təşrii (şəriət qaydalarındakı) istəyinə yönəlir.

Xoş o tanıyanın halına ki, tanıyanların əs üstünü - “şəhid” oslun! Vay o tanımayanın halına ki, dövrün fironu olsun! Bütün bunların aqibətində cahil deyir:

“Ey kaş yaranmayaydım!”. Alim deyir: “Kaş yetmiş dəfə məqsədə doğru hərəkət edəydim, yenə qayıdıb hərəkət edəydim, Haqq üçün şəhid olaydım!”.

Olmasın ki, öz həyatımızdan peşiman olaq, qayıdaq! Açıq deyirik: hər şəxs ömrünün yarısını həqiqi nemət verəni yad etməklə, digər yarısını qəflətdə keçiribsə, yaşadığının yarısı həyat, digər yarısı ölüm sayılır.

Ölümdən fərqli olaraq üstəlik özünə zərərlər yetirib və qazancsız qalıb. Allahı tanıyan Ona itaət edir, işi-gücü Onunladır. Onun razığılına uyğun bildiyinə əməl edir və bilmədiklərində məlum oluncayadək dayanıb (əməl etmir). Hər an soruşub öyrənir və əməl edir və ya dayanır. Əməli dəlil üzündən, dayanması dəlilin olmamasındandır.

“Allaha itaət” silahımız olmadan karvanımızı bu keçiddən keçirib təhlükəsiz məqsədə çatdırmağa qadir olmağımız mümkündürmü?! Vücudumuz Xalqidən olduğu halda, qüvvəmizin digərindən olması mümkündürmü?!

Allah adamları istisna olmaqla qüvvət, (insan üçün) nafiyeyi-baqiyə (daimi faydaverən) deyil və (onlar üçün) qüvvətsizlik də yoxdur. Onlardan qeyrisi isə istisnadır. (Yəni, Allah adamlarının qüvvəsi tükənməz və onlar zəif olmazlar).

Fərz edək ki, bu mərhələdə yəqinə çatdıq. O sifət və halları gerçəkləşdirmək üçün bilməliyik ki, əvvəldən sonadək, həyata keçən hərəkət zamanı hərəkətvericiyə müxalif olmaq - batil fikirdir. Əgər ondan kənar olsaq, səadətə qovuşmağımız üçün hər şeyin başlanğıcı olan Allahın razılığı kifayətdir. (islami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930