Hz. Zeynəbin (ə) yenidən Şama qayıtması və orada dəfn olunma səbəbi
Mьəllif: admin1
Tarix: 5-04-2018, 21:41
Hz. Zeynəbin (ə) yenidən Şama qayıtması və orada dəfn olunma səbəbi
Həzrət Zeynəb (ə) deyəndə ilk öncə insanın zehninə Kərbəla və Aşura müsibəti gəlir. Çünki bu fəzilətli Xanım (ə) Aşura carçısı, İmam Hüseyn (ə) hədəfini öz mənzilinə çatdıran qəhrəmandır.

İmamı (ə) şəhid edən Əməvi xanədanının sütunları məhz, Xanım Zeynəbin (ə) əzmi, səbri və kəskin nitqi sayəsində silkələndi. Elə bu silkələnmə də o mənfur xanədanın dağılma səbəbi oldu.

Xanım (ə) bu kəskin nitqlərini öncə Kufə, sonra Şam (Dəməşq), daha sonra isə Mədinədə dilə gətirərək həm özlərini xalqa təqdim etdi (qeyd edək ki, İmam .ə. xarici bir üsyankar kimi təqdim edilmişdi), həm də Əməvilərin iç üzünü laqeyid müsəlmanlara tanıtdırdı.

Mötəbər mənbələrə əsasən Xanımın (ə) pak məzarı hazırda Dəmşqdədir (Şamda). O Həzrət (ə) Şam əsirliyindən sonra Mədinəyə göndərilir.

Elə isə Aşuradan sonra təqribən 1 il ömür sürən Xanım (ə) necə olduki, Mədinədə deyil, Şamda dəfn olundu? Şama niyə qayıtdı? Halbuki Şam şəhəri Əhli-Beyt (ə) üçün yalnız acı və ürək yandırıcı xatirələrlə dolu idi!

Bəzi mənbələrdə deyilir ki, Şamdan əsir olaraq Mədinəyə göndərilən Xanım (ə), Mədinədə həyat yoldaşı Abdullah ibn Cəfərlə görüşür və Abdullah ilə yenidən sakit həyat sürmələri üçün Şamda olan kiçik evlərinə köç edirlər.

Lakin ustad, Höccətul-İslam Ələvi Tehrani qeyd edilən bu hicrət səbəbini əsassız hesab edir və bunun həqiqətə yuğun olmadığını söyləyir.

Çünki balalarının, qardaşlarının başı gəzdirilən, acı xatirələrlə dolu olan və əsir kimi Şam küçələrində sürgün həyatı yaşayan izzətli bir insan necə olur ki, öz istəyi ilə bir daha ora qayıtsın?

Höccətul-İslam Ələvi Tehrani:

Xanımın məzar yeri barədə müxtəlif fikirlər mövcuddur. Lakin bunların içində ən düzgün və mötəbəri o Həzrətin (ə) Dəməşqdə dəfn edilməsidir.

Xanımın Dəməşqə gəlmə səbəbi barədə deyirlər ki, Xanım (ə) Mədinə şəhərinin abu-havasına, insanların ikiüzlülüyünə tab gətirə bilmir və İmam Zeynul-Abidinin (ə) məsləhəti ilə bu şəhərdən hicrət edir və Şama (Dəmşqə) gəlir. Dəməş Xanım (ə) üçün rahatlıq və mənəvi abu-hava baxımından daha uyğun idi.

Bu yanlış fikirdir! Çünki Əhli-Beytin (ə) Şam barəsində acı və ürək dağlayıcı xatirələrdən başqa heç bir ürək açan xatirəsi yox idi.

Əslində, Xanım (ə) Mədinədə qaldığı müddətcə Əməvilər üçün təhlükə hesab olunurdu. Onları ifşa edirdi. Bütün hadisələri xırdalığına qədər insanlara anladır, Əməvilərin və onların əlaltılarının bütün cinayətlərini ifşa edirdi.

Necə ola bilərdiki, İmam Zeynul-Abidinin (ə) olduğu şəhəri, babasının (s), anasının (s.ə), atasının (ə) xatirələri ilə dolu olan bir yeri buraxıb, əsirlik və kəsilmiş başların xatirəsi ilə dolu olan bir şəhərə öz istəyi ilə getsin?

Xanım (ə) mütləq Şama sürgün edilib!

Xanım (ə) İmamı (ə) buraxıb getməzdi!

Qətlgahda Onun üçün (ə) necə xoş və rahat ola bilərdi?!

Xanım (ə) mütləq Şama sürgün edilib!


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930