Çətin işləri asanlaşdırar – “Qəmər” surəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 5-04-2018, 13:58
Çətin işləri asanlaşdırar – “Qəmər” surəsinin fəzilətləri
“Qəmər” surəsi – Quranın 54-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 55 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Qəmər” surəsini günün ortasında oxuyarsa – Qiyamətə o halda daxil olar ki, üzü on dörd günlük ay kimi parlayar. Hər kim onu gecə oxuyarsa – daha yaxşıdır və Qiyamət günü o halda gələr ki, üzü ağlıqdan parlayar”.

İmam Sadiq (ə) bbuyurur: “Hər kim “Qəmər” surəsini oxuyarsa, Allah onu qəbrindən o halda çıxardar ki, behişt dəvələrindən birinə minmişdir”.

Bu surənin bərəkətləri:

1. İnsanların arasında sevimli olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə günü zöhr zamanı “Qəmər” surəsini yazar və onu əmmaməsinin altında qoyar və ya yanında qərar verərsə - insanların yanında sevimli və abırlı olar”.

2. Çətin işlər asanlaşar. İmam Sadiq (ə) buyurur: “Əgər cümə gününün zöhründə “Qəmər” surəsini yazsanız və yanınızda qərar versəniz, Allahın izni ilə çətinlik asanlaşar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930