Allaha məktub yazan xalis bəndənin gözyaşardıcı həyat hekayəsi
Mьəllif: admin1
Tarix: 4-04-2018, 20:45
Allaha məktub yazan xalis bəndənin gözyaşardıcı həyat hekayəsi
Təvəkkül insanı ən üstün mənəvi mərtəbələrə yüksəldə biləcək, etiqad və imandan doğan bir əməldir. Çünki insan Allaha təvəkküllə bütün etiqad, inanc və ruhiyyəsini ortaya qoyur.

İnsan təvəkkül etməklə imanını, bu iman və etiqaddan əldə etdiyi bütün mənəvi potensialını əks etdirir. Çünki iman nə qədər güclü olarsa Allaha təvəkkül və etimadı bir o qədər güclü olar. İman və etimadın zəifliyi isə bunun əksi ilə müşahidə olunar.

Mömin və inancı bəndələrdə daim təvəkkülün müxtəlif formaları müşahidə olunur. Xüsusən də Allaha yaxın olan insanlarda bunu daha güclü forması zahir olur.

Bunun bir misalını Nəzər-Əli adlı bir ruhani tələbədə görürük. Nəzər-Əli adlı tələbə Qacar imperatoru Nəstəddin şahın zamanında Tehran elmi hövzələrin birində təhsil alan tələbələrdən idi.

(Qeyd edək ki, Nəsrəddin Şah Qacar 1847-1896 cı illərdə Qacar şahı olmuş və İslama bağlı, inanclı şahlardan idi. O, may аyının biri 1896 -cı ildə Tеhrаndа «Şаh Əbdüləzim» məscidində nаmаz qılаrкən Mirzə Rza Kirmani tərəfindən öldürülşdü. Tarixdə şəhid şаh кimi аnılır.)

Nəzər-Əli Taliqani çox kasıb bir tələbə idi. Hətta gündəlik yemək eldə etmək üçün çox əziyyət çəkirdi. Bir dəfə onun maddi vəziyyəti lap pisləşir, hətta yeməyə bir tikəsi belə olmur. O, hücrəsində qəmgin halda oturub çıxış yolu fikirləşir... şahın qəbulunamı gedim, zəmanə müctehidinə müraciətmi edim, Hz. Əliyə (ə) təvəssülmü edim, nə edim...?

Çarəsiz qalan Nəzər-Əli nəhayət Allah Təalaya məkdub yazmağ qərarına gəlir...

Allaha məktub yazıb:

“Bismillahir-rəhmanir-rəhim.

Cənab Alinin Xidmətinə. Salam. Mən Sizin bəndənizəm. Quranda buyurmusunuz ki “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin.” Və həmçinin “Allah Öz vədəsinə müxalif olmaz”deyə buyurmusunuz. Mən də onlardan (bəndələrdən biriyəm) biriyəm...

İlahi! Mənim bunlara ehtiyacım var:

geniş bir evə,

gözəl və dindar xanıma,

bir faytaon və faytonçuya,

bir bağ və ticarətlə məşğul olmaq üçün bir miqdar pula.

Allahım bunları mənə əta et! Nəzər-Əli Taliqani Tehran Mərvi mədrəsəsi 16 nömrəli hücrə."

Məktubu hara qoyacağını bilməyən Nəzər-Əlinin yadına məscid gəlir və fikirləşir ki, məscid Allahın evidir və məktubu qoymaq üçün məscid ən münasib yerdir. Məktubu aparıb məscidin divarında bir çata qoyur.

Ov etmək üçün səfərə hazırlaşan Nəsrəddin Şah məscidin qarşısından keçərkən əzan səsini eşidir və namaz üçün məscidə keçir. Şah məscidə namazla məşğul olarkən birdən külək qopur və Nəzər-əlinin məktubunu gətirib düz Şahın qarşısına atır. Şah əyilib bükülü kağızı götürür və açıb oxuyur...

Sonra Şah adam göndərib Nəzər-Əlini gətirdir və onun məktubda qeyd etdiyi bütün istədiklərini ona hədiyyə edib deyir:

“Sən məktubu Allah üçün yazmısan! Böyük Allah da bu işi bizə həvalə edib. Biz gərək Onun fərmanını yerinə yetirək.”

Qeyd edək ki, məktub Nasirəddin şahın dəftərxanasından götürülüb və hazırda Tehranın Gülüstan muzeyində qorunur.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930