Vicdan məhkəməsinin bir neçə xüsusiyyəti vardır
Mьəllif: admin1
Tarix: 4-04-2018, 11:04
Vicdan məhkəməsinin bir neçə xüsusiyyəti vardır
1) Bu məhkəmənin hakimi, şahidi, tamaşaçısı-hamısı birdir. Vicdan həm hökm verib qərar çıxarır, həm şəhadət verir, həm də nəzarət edir, nəhayət, hökmünü icra edir.

2) Adi məhkəmələrdən fərqli olraq, bu məhkəmə tez bir zamanda qurulur və öz hökmünü verir. Adi məhkəmələr bir caninin işinə baxmaq üçün, ola bilər ki, bir neçə il vaxt sərf etsin. Lakin bu məhkəmədə vaxta ehtiyac yoxdur. Ola bilsin, həqiqətin üstü açılanədək bu məhkəmə bir az təxirə salınsın. Lakin həqiqətin üstü açıldıqdan sonra o, dərhal öz hökmünü verir.

3) Bu məhkəmə təkcə bir mərhələdən təşkil olunmuşdur. Burada istintaqa, ali məhkəməyə və sairəyə ehtiyac yoxdur.

4) Bu məhkəmənin işi adi məhkəmələr kimi təkcə cəzalandırmaq deyil. Yəni, bu məhkəmədə pislər cəzalarını alır, yaxşılar da mükafatlandırılırlar.

5) Bu məhkəmənin cəzası adi məhkəmə cəzaları kimi deyil. Burada nə zindana, nə də edama məhkum olunma yoxdur. Lakin onun cəzası bəzən elə şiddətli olur ki, geniş dünya insana dar olur. Bir sözlə, bu məhkəmə dünya məhkəmələri kimi deyil.

Vicdan məhkəməsi qiyamət məhkəməsinin bir nümunəsidir. Bu məhkəmənin əzəməti o qədər böyükdür ki,

Allah onu qiyamət məhkəməsi ilə birgə qeyd edib, ona and içərək deyir: "And içirəm qiyamət gününə! And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməlin azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz.) Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Bəli, biz onun barmaqlarını da (dünyada olduğu kimi) düzəltməyə qadirik!" (Qiyamət-1-4-cü ayələr.)

Əlbəttə bu vicdan məhkəməsi dünyəvi məhkəmə olduğu üçün, qiyamət məhkəməsinə olan ehtiyacı ödəmir. Bunun bir neçə səbəbi var:

1) Vicdan məhkəməsi hər şeyi əhatə edə bilmir. O, yalnız fikir və düşüncə ilə münasib olan şeyləri əhatə edir.

2) Bəzən mahir, hiyləgər bir cinayətkar öz vicdanını aldada bilər.

3) Bəzi günahlarda vicdan o qədər təsirsiz olur ki, ona heç bir məhəl qoymurlar.

Belə bir vəziyyətdə dördüncü məhkəməyə, qiyamət məhkəməsinə olan ehtiyac aşkar olur.


Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930